Süni intellekt dövründə hansı peşələr dəyişəcək? Video
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır".
Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib.
Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatların müqayisəsi və müştəri sorğularının cavablandırılması kimi işlər süni intellekt tərəfindən daha sürətlə icra oluna bilir: "Məsələn, bir işçinin gördüyü on tapşırığın beşini süni intellekt icra edirsə, bu, həmin peşənin yox olması demək deyil. Əməkdaş qalan digər beş tapşırığa diqqət ayıra bilər".
A.Namazov Baku TV-yə bildirib ki, o, gələcəyi peşələrin sıradan çıxması kimi deyil, onların mutasiyası kimi qiymətləndirir.
"Bu gün, sadəcə, sənəd hazırlayan şəxs sabah rəqəmsal prosesləri idarə edən əməkdaşa çevrilə bilər. Yaxud yalnız rəqəmləri daxil edən mühasib təcrübəli maliyyə analitiki, sosial şəbəkə üçün post hazırlayan marketoloq isə süni intellekt və data analitikası ilə işləyən mütəxəssis ola bilər. Əsas təhlükə peşələrin dəyişməsi deyil, insanların bu dəyişikliklərə uyğunlaşmamalarıdır", - deyə mütəxəssis əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Sentyabr 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















