Icma.az
close
up
RU
“Süni intellekt” dövründə media: təsirlər, təhdidlər və çıxış yolları

“Süni intellekt” dövründə media: təsirlər, təhdidlər və çıxış yolları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlumatlandırma işi, informasiya istehsalı tarixən texnoloji tərəqqi ilə bağlı olub. İndi də belədir. Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının çoxalması yaşadığımız dövrdə informasiya axınını sürətləndirir. Analitik mərkəzlər qeyd edirlər ki, indi hər gün dünyada təsəvvüredilməz səviyyədə çox, təqribən, 2,5 kvintilyon bayt həcmində məlumat yaradılır və yayılır. İnsanlar, hətta istəməsələr belə, hər gün yüzlərlə informasiya ilə qarşılaşır, oxuyur, görür və dinləyirlər. 
Yeniliklərdən biri də budur ki, indiki cəmiyyət üzvləri özləri də xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. Rəqəmsal texnologiya xəbər alıcısını həm də xəbər istehsalçısına çevirir. İnteraktiv mühit yaradır, zaman və məkan fərqini aradan qaldırır. Xəbəri istənilən məkanda və istənilən zamanda əlçatan edir. 
Modern texnologiyalar təkcə həvəskar xəbər istehsalçıları üçün deyil, peşəkar media təmsilçiləri, jurnalistlər üçün də şərtləri dəyişir. Xüsusi olaraq “Süni intellekt” (Sİ / Aİ) bu sahədə hüdudsuz imkanlar təqdim edir. O, faktları axtarmaq, məlumat toplamaq, reportaj hazırlamaq, ideyaların yayılmasını təmin etmək işində yeniliklər yaradır. Təkcə məlumatı tapmaq deyil, mətn qurmaq, dizayn etmək prosesində də rol alır. Bu kontekstdə yanaşsaq, son dəyişikliklər jurnalistikada texniki imkanlarla yanaşı, həm də iş mühitini, sosial şərtləri əsaslı şəkildə dəyişir. Bir sözlə, “Süni intellekt” qlobal informasiya landşaftında inqilabi dəyişikliklərə yol açır. 
Bütün bu üstünlüklərlə yanaşı, “Süni intellekt” etimadlı informasiya əldə etmək hüququ baxımından problemlər yaradır. Rəqəmsal texnologiyalar dövründə gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. Analitik mərkəzlər qeyd edirlər ki, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində gündəlik çəkisi 45–80 faiz aralığında dəyişir və dünya üçün ən aktual problemlərindən birinə çevrilir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir: “Saxta xəbər”, “dezinformasiya” dünya üçün fəlakətə çevrilir”. 
“Süni intellekt”in etmadlı xəbər istehsalı sahəsində yaratdığı problemlərin sayı çoxdur. Beynəlxalq sənədlərdə bu problemlər 10 bənd üzrə qruplaşdırılır. Buna rəğmən, 2 bənd üzərində xüsusi dayanılır. Birinci bənd “Süni intellekt”in dezinformasiya yaradıcılığı və yayılmasında rolunu ehtiva edir. Qeyd olunur ki, xəbər istehsalçısı faktların araşdırılması, məlumatın toplanılması üçün “Süni intellekt” proqramlarından yararlanarkən nəzərə almalıdır ki, bu proqramlar təkcə etimadlı mənbələri, doğru məlumatları deyil, həm də saxta xəbərləri, dezinformasiya mahiyyətli qondarma faktları tapır, toplayır, təqdim edir. Jurnalist “süni intellekt” proqramına qeyd-şərtsiz etimad göstərirsə, saxta xəbərin təsirinə düşür. Yoxlanılmamış, dəqiqləşdirilməmiş məlumatların paylanılmasında iştirak edir. 
Tövsiyə edilir ki, peşəkar media etimadlı məzmun yaratmaq üçün “Süni intellekt”(AI) vasitələrindən istifadə edərkən, proqram tərəfindən təqdim edilmiş məzmunu təkrarən nəzərdən keçirməli, onun həqiqiliyini yoxlamalı, məsuliyyətli davranmalıdır. Həmçinin məzmun yaradarkən “Süni intellekt” alətlərindən istifadə etdiyini oxucuya çatdırmalı, ictimaiyyəti xəbərdar etməlidir.
“Süni intellekt” alətlərindən istifadə edilməsi yönündə diqqət çəkən ikinci məqam müəllif hüquqlarının pozulmasıdır. Proqram, adətən, jurnalistə təqdim etdiyi hazır mətndə faktların mənbəyini göstərmir, gerçək müəllifə istinad etmir. Beləliklə, müəllif hüquqlarının pozulmasına yol açır. 
Təsnifatda əks olunan digər 8 istiqamətin hər biri eyni formada aktualdır, həll edilməsi zəruridir. 
Yaranmış durum beynəlxalq jurnalist təşkilatlarının diqqətini çəkib. Problemin aradan qaldırılması yönündə fəaliyyətə başlayıb. 2023-cü il noyabrın 10-da “Süni intellekt və jurnalistika üzrə Beynəlxalq Xartiya” hazırlanaraq imzalanılıb. 
Sənəd ilkin mərhələdə 17 beynəlxalq jurnalist təşkilatı tərəfindən imzalanıb. 
Bu xartiya jurnalistlərin, redaksiyaların və media orqanlarının öz işlərində süni intellektdən istifadə qaydalarını müəyyən edir. Sənəddə qeyd olunur ki: "Texnoloji tərəqqi, rəqəmsal transformasiya, xüsusi olaraq süni intellekt alətlərindən istifadə amili jurnalistikanın, redaksiya işinin texniki, iqtisadi və sosial şərtlərini müsbət mənada dəyişir. Bununla yanaşı, yeni texnologiyalar, süni intellekt alətləri etimadlı informasiya əldə etmək baxımından problemlərə yol açır. Jurnalist yeni texnologiyalardan asılı duruma düşməməli, onlara öz vəzifəsini yerinə yetirmək üçün yardımçı vasitələr kimi yanaşmalıdır”.
10 maddədən ibarət olan xartiya “süni intellekt”in peşəkar media mühitinə təsirini detallı şəkildə əks etdirir. Problem və onun aradan qaldırılması üzrə aydın təsəvvür yaradır, onların aradan qaldırılması üçün istiqamət verir. 
Sənədin preambula hissəsində milli jurnalist ittifaqlarına tövsiyə edilir ki, xartiyanı imzalayanların sırasına qatılsınlar. Yaxud, özləri bu xartiyanın milli versiyasını hazırlasınlar. Avropa Müstəqil Mətbuat Şuraları Aliyansı da xartiyanı təqdir edib. Onun prinsiplərinə istinadən, milli kodekslərin yaradılması da tövsiyə olunub. 
Artıq bəzi ölkələrdə “Süni intellekt və media” üzrə Beynəlxalq Xartiyaya istinad edilərək, milli versiyalar hazırlanıb və qəbul edilib. Estoniya, Serbiya və digər ölkələr tərəfindən bu sahədə nümunə göstərilib. 
Azərbaycan Mətbuat Şurasının icra etdiyi “Media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində “Süni intellekt və media” üzrə Beynəlxalq Xartiyayanı da tərcümə edərək öz saytında yerləşdirib. Ehtimal etmək olar ki, növbəti mərhələdə bu məsələ daha dərindən işləniləcək, “Süni intellekt və media” üzrə beynəlxalq prinsiplər Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksinə əlavə olunacaq. 

Müşfiq ƏLƏSGƏRLİ, 
XQ-nin media eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri