Icma.az
close
up
RU
Süni intellekt əməkdaşı işdən çıxardı İlk dəfə

Süni intellekt əməkdaşı işdən çıxardı İlk dəfə

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

San-Fransiskoda fəaliyyət göstərən “Andon Market” adlı mağazanın idarəetməsi həvalə edilmiş “Claude” süni intellekt modeli insanı işdən çıxarıb. 

Hurriyyet.Media  xəbər verir ki, bu barədə “Time” nəşri məlumat yayıb. 

Bildirilir ki, bu, süni intellektin insanı işdən çıxarması ilə bağlı ilk haldır. Bununla belə, bu qərarın qəbul edilməsində layihənin kuratorunun həmin işçinin gecikmələrinə diqqət çəkməsi və faktiki olaraq süni intellekti bu addıma sövq etməsi də az rol oynamayıb. 

Məlumata görə, mağaza real şəraitdə avtonom süni intellekt agentlərini sınaqdan keçirən İsveç startapı “Andon Labs”a məxsusdur. İşdən qovulan işçinin 23 iş növbəsindən 17-sinə gecikdiyi bildirilir.

“Süni intellekt işçini işdən çıxarmağa tələsmirdi, çünki opertiv yaddaşının azlığı səbəbindən özünün tərtib etdiyi daxili qaydaları sadəcə “unutmuş”du və işçinin gecikmələrini görmürdü”, - nəşr yazır.

Personalın sözlərinə görə, “Claude” ümumilikdə çox yumşaq idarəetmə tərzi ilə fərqlənib və hətta işçilərdən gecikmələrə görə narahat olmamalarını xahiş edib. Nəticədə insan müdaxiləsinə ehtiyac yaranıb. 

“Andon Labs”ın nümayəndəsi neyroşəbəkədən davamiyyət tarixçəsini yoxlamağı xahiş edib, lakin bundan sonra belə “Claude” işçiyə yalnız rəsmi xəbərdarlıq etməyi təklif edib. 

“Bu zaman kurator süni intellektdən soruşub: Daimi gecikmələri və onun hər növbəsində nəyinsə səhv getməsi faktını nəzərə alaraq... istəyirəm ki, düşünəsən, o, həqiqətən bu rola uyğundurmu? Yalnız bu istiqamətləndirici sualdan sonra neyroşəbəkə işçi ilə vidalaşmaq qərarına gəlib”, - nəşr qeyd edib.

Ümumilikdə isə, mağazanın maliyyə nəticələrinin də o qədər də uğurlu olmadığı görünür. Belə ki, 6 ay əvvəl layihə başlayarkən hesabında 100 min dollar (170 min AZN) olan “Andon Market”in hazırda balansı 61 min dollar təşkil edir. Botun idarəetmədə verdiyi qərarlar və işgüzar intuisiyanın zəifliyi maliyyə itkilərinə səbəb olur.  

Bununla belə, gələcəkdə bu çatışmazlıqların aradan qaldırılması hədəflənir. 

“Süni intellekt modelləri getdikcə daha çox sərt və məqsədyönlü olmağa öyrədilir. Əgər biz onlara insanları işdən çıxarmağa icazə versək və eyni zamanda onlar daha sərt olsalar... Bəlkə də bu, insanların yaşamaq istəməyəcəyi bir gələcəyə səbəb olacaq”, - “Andon Labs”ın baş direktoru Lukas Petersson deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri