Icma.az
close
up
RU
Süni intellekt fırtınası: CEO ların kürsüləri də sarsılır

Süni intellekt fırtınası: CEO ların kürsüləri də sarsılır

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəhəng şirkətlərin idarəetmə qatında son günlər qeyri-adi hərəkətlilik müşahidə olunur. İndiyədək səmərəlilik adı altında minlərlə işçini süni intellekti bəhanə edərək işdən çıxaran yüksək vəzifəli rəhbərlər, indi oxları özlərinə yönəltmiş vəziyyətdədir.

Qaynarinfo xəbər verir ki, "Coca-Cola” və "Walmart” kimi şirkətlərin rəhbər postlarında olan şəxslər bu yeni dövrə daha yaxşı uyğunlaşacaq komanda vurğusu ilə vəzifələrini tərk edirlər. Milyonlarla dollarlıq maaş paketlərini geridə qoyan bu ani gedişlər texnologiya dünyasında "kapitanlar niyə gəmini tərk edir?” sualını doğurub.

"Bayrağı təhvil vermək vaxtıdır”

"Coca-Cola”da 2017-ci ildən bəri baş icraçı direktor (CEO) vəzifəsini icra edən və karyerasının böyük hissəsini bu şirkətdə keçirən Ceyms Kuinsi ayrılıq qərarını açıqlayan son rəhbərlərdən biri olub. Kuinsi bildirib ki, süni intellektdən əvvəlki dövrdə mühüm irəliləyişlər əldə olunsa da, qarşıda daha böyük və fərqli bir transformasiya dalğası dayanır. Onun sözlərinə görə, bu mərhələni idarə etmək üçün ən uyğun şəxs özü deyil və o, meydanı yeni komandaya buraxmağı seçib.

Bənzər vəziyyət "Walmart”da da müşahidə olunub. Şirkətin sabiq rəhbərlərindən Duqlas MakMillon da süni intellektlə başlayan transformasiyanın son mərhələsini idarə edə bilməyəcəyini düşünərək vəzifəsindən ayrılmaq qərarı vermişdi.

İnvestor təzyiqi və qeyri-müəyyən gələcək

Bəs gəliri artıracağı gözlənilən bir texnologiya yaxınlaşarkən bu rəhbərlər niyə erkən gedişi seçirlər? Cavab qismən də səbirli olmayan idarə heyətlərində gizlənir. Məsələn, "Adobe” şirkətinin baş icraçı direktorunun süni intellekt strategiyalarında gecikdiyi üçün investor təzyiqi ilə vəzifədən getməsi digər rəhbərlər üçün xəbərdarlıq kimi qiymətləndirilir. Süni intellektin vəd etdiyi böyük gəlirlərin reallaşma müddəti uzandıqca, məsuliyyət daha çox yüksək rəhbərliyə yönəlir.

Digər tərəfdən, bu texnoloji dönüşümün kapitalizmin əsaslarını sarsıda biləcəyi ilə bağlı narahatlıqlar da artır. Süni intellekt və robotik sistemlərin əmək bazarında yaratdığı köklü dəyişikliklər yalnız aşağı səviyyəli işçiləri deyil, böyük şirkətlərin idarəetmə modellərini də təhdid edir. Görünən odur ki, bəzi rəhbərlər fırtına tam gücü ilə başlamazdan və "qızıl paraşüt” imkanları hələ qüvvədə ikən təhlükəsiz çıxış yolunu seçirlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Aprel 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri