Süni intellekt gələcəkdə məhkəmə sisteminin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Məhkəmə-Hüquq Şurası ölkədə hüquqi islahatların əsas dayaqlarından birinə çevrilib. Məhkəmə sistemində həyata keçirilən yeniliklər - "Elektron məhkəmə" sistemi, ixtisaslaşmış məhkəmələrin yaradılması və hakimlərin şəffaf seçimi kimi tədbirlər ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir edib".
Oxu.Az xəbər verir ki, bunu iyunun 18-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda çıxış edən Ali Məhkəmənin sədri İnam Kərimov deyib.
O, rəqəmsallaşma və süni intellektin gələcəkdə məhkəmə sisteminin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacağını da qeyd edib.
İ.Kərimov işğaldan azad edilən ərazilərdə məhkəmə infrastrukturunun bərpasını Azərbaycanın suveren hüquqlarının təzahürü kimi qiymətləndirib.
Sonda Ali Məhkəmə sədri dövlət başçısına göstərdiyi dəstəyə görə təşəkkür edib və Məhkəmə-Hüquq Şurasının gələcək fəaliyyətində uğurlar arzulayıb.
Elçin Aslangil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















