Süni intellekt giqafabrik i yaradılacaq
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya süni intellekt "giqafabrik"inin yaradılmasına 719 milyon avro investisiya yatırır.
"Ölkə.az" xəbər verir ki, bu barədə İspaniyanın Rəqəmsal Transformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Nazirlər Şurası bu gün qabaqcıl süni intellekt "giqafabrik"ini işləyib hazırlayacaq və tezliklə Avropa Komissiyasının elan edəcəyi müsabiqədə iştirak üçün müraciət edəcək dövlət-özəl konsorsiumuna 719 milyon avro məbləğində investisiya ayrılmasına icazə verib", - qurum qeyd edib.
Nazir Oskar Lopesin sözlərinə görə, bu investisiyalar İspaniya hökumətinin texnoloji suverenliyə, yenidən sənayeləşdirməyə, həmçinin etibarlı və dayanıqlı süni intellekt sahəsində liderliyə sadiqliyinin təsdiqidir.
Bu layihə sayəsində şirkətlər innovasiyaları daha sürətlə tətbiq edə və bazarda daha uğurla rəqabət apara biləcək, elm sektoru isə bahalı infrastruktura çıxış əldə edəcək. Ölkə rəsmiləri təşəbbüsün məqsədləri arasında digər məsələlərlə yanaşı, texnoloji asılılığın azaldılmasını və süni intellektin işlənib hazırlanmasının Avropa normalarına uyğun şəkildə həyata keçirilməsinə təminat verilməsini xüsusi qeyd ediblər.
Süni intellekt "giqafabrik"ləri yüz minlərlə qrafik prosessorun yerləşdirilməsi məqsədilə layihələndirilmiş nəhəng mərkəzlərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 17 İyun 2026 00:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















