Icma.az
close
up
RU
Süni intellekt hakimlərin işini dəyişəcək Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək Deputat

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Məhkəmə Departamenti 2026-cı ilin sentyabrından etibarən süni intellekt əsaslı məhkəmə platformasının tətbiqinə başlayacaq.

Modern.az xəbər verir ki,deputat Tahir Mirkişili bununla bağlı şəxsi feysbuk hesabında paylaşım edib.

Deputat bildirib ki, 18 aylıq mərhələli tətbiq prosesi nəzərdə tutulan platforma məhkəmə və hüquqi qərarların hazırlanmasına süni intellekt vasitəsilə dəstək verəcək.

Onun sözlərinə görə, sınaq mərhələsində süni intellekt məhkəmə işlərini təhlil edəcək, sənədləri araşdıracaq, hüquqi tədqiqatlar aparacaq və oxşar məhkəmə qərarlarını, yəni presedentləri analiz edəcək.

Tahir Mirkişili vurğulayıb ki, layihədə ən vacib məqam yekun qərarın yenə də hakim tərəfindən verilməsidir:

"Vacib məqam ondan ibarətdir ki, yekun qərarı yenə də hakim verəcək. Süni intellekt isə qərarın hazırlanması üçün hüquqi əsasları, analitik məlumatları və tövsiyələri təqdim edəcək".

Deputatın fikrincə, təşəbbüsün əsas məqsədi məhkəmə proseslərini sürətləndirmək, oxşar işlər üzrə daha ardıcıl yanaşmanı təmin etmək və hakimlərin iş yükünü azaltmaqdır.

T. Mirkişili hesab edir ki, layihə uğurla həyata keçirilərsə, bu, yalnız məhkəmə sistemində deyil, bütövlükdə dövlət idarəçiliyində də süni intellektin tətbiqi baxımından yeni mərhələnin başlanğıcı ola bilər.

Qeyd edək ki, Əbu-Dabi Məhkəmə Departamentinin hazırladığı platforma dünyanın ilk tam inteqrasiya olunmuş süni intellekt əsaslı məhkəmə sistemi kimi təqdim edilir. Rəsmi məlumata görə, sistem iş materiallarının təhlili, hüquqi araşdırmalar, presedentlərin axtarışı və məhkəmə sənədlərinin hazırlanması kimi funksiyaları yerinə yetirəcək. Bununla yanaşı, bütün qərarlar insan nəzarəti altında yoxlanılacaq və son qərar hakim tərəfindən veriləcək. Platformanın ilk mərhələsinin 2026-cı ilin sentyabrında başlaması, tam tətbiqin isə 18 ay ərzində mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri