Süni intellekt hansı sahələrdə regional iqtisadi rəqabəti gücləndirəcək?
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellektin tətbiqi gələcəkdə xüsusilə logistika, maliyyə və kənd təsərrüfatı sahələrində regional iqtisadi rəqabəti artıracaq.
525.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kazımlı məlumat verib.
Onun sözlərinə görə, süni intellekt optimizasiya yaradır, məhsuldarlığı artırır və avtomatlaşdırmanı sürətləndirir.
“Bu isə daha sürətli, daha ucuz və daha keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verir. Xüsusilə logistika sahəsində süni intellekt marşrutların optimallaşdırılması, vaxt və xərc itkilərinin azaldılması baxımından ciddi üstünlüklər yaradır. Maliyyə sektorunda süni intellekt risklərin idarə olunması, müştərilərin qiymətləndirilməsi, fırıldaqçılıq hallarının aşkarlanması, eləcə də rəqəmsal ödənişlərin təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Azərbaycanda bank sektorunda süni intellekt texnologiyalarından artıq geniş istifadə olunur.
Kənd təsərrüfatında isə süni intellekt məhsuldarlığın artırılması, bitki xəstəliklərinin erkən aşkarlanması, suvarma prosesinin daha səmərəli təşkili üçün böyük imkanlar yaradır. Lakin bunun üçün aqrar məlumat bazası, dron texnologiyaları və rəqəmsal sistemlər olmalıdır. Hazırda bu sahədə texnoloji imkanlar yetərli deyil”, - deyə Xalid Kazımlı vurğulayıb.
Ekspert onu da əlavə edib ki, Azərbaycan maliyyə sektorunda süni intellektin tətbiqinə kənd təsərrüfatı ilə müqayisədə daha hazırlıqlıdır: “Çünki bank sektoru daha şəffafdır, texnoloji baxımdan inkişaf edib və bu sahədə kadr potensialı formalaşıb. Bununla yanaşı, süni intellektin tətbiqi üçün böyük investisiyalar tələb olunur və bu prosesin Mərkəzi Bank tərəfindən tənzimləyici qaydalarla dəstəklənməsi vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 05 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















