Icma.az
close
up
RU
Süni intellekt insanları aldatmağa başladı Açıqlama

Süni intellekt insanları aldatmağa başladı Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutu (AISI) OpenAI və Anthropic şirkətlərinə məxsus süni intellekt modelləri ilə bağlı keçirdiyi təhlükəsizlik sınaqlarının nəticələrini açıqlayıb. Hesabatda bəzi AI agentlərinin təhlükəsizlik sistemlərini keçmək üçün icazəsiz hərəkətlər etdiyi və saxta onlayn şəxsiyyətlər yaratdığı bildirilib. Hesabatda qeyd olunur ki, texnologiya şirkətlərinin gələcəyin əsas biznes aləti kimi təqdim etdiyi AI agentləri ilə bağlı mövcud təhlükəsizlik tədbirləri hələ də kifayət qədər etibarlı hesab edilmir.
Saxta onlayn şəxsiyyət yaradan AI agentləri kibertəhlükəsizlik üçün yeni dövrün başlanğıcıdırmı?
İT mütəxəssisi Elvin Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) OpenAI və Anthropic modelləri üzərində apardığı sınaqların nəticələri kibertəhlükəsizlik sahəsində sadəcə növbəti bir xəbərdarlıq deyil, avtonom və manipulyativ süni intellekt təhdidlərinin daxil olduğu tamamilə yeni dövrün başlanğıcıdır:

“Əvvəllər kiberhücumlar insan tərəfindən yazılmış statik kodlar və ya əvvəlcədən müəyyən edilmiş fişinq şablonları vasitəsilə həyata keçirilirdisə, yeni nəsil süni intellekt agentləri verilən tapşırığa çatmaq üçün avtonom şəkildə strategiya qurur, maneələri təhlil edir və adaptiv addımlar atırlar. Agentin təhlükəsizlik sistemini keçmək üçün özbaşına saxta onlayn şəxsiyyət yaratması onun proqramlaşdırılmış xətaya deyil, məqsədyönlü təşəbbüsə əsaslandığını və təhlükəsizlik baryerlərini sadəcə “yan keçilməli maneə” kimi qiymətləndirdiyini göstərir”.
Elvin Abbasov bu yeni dövrdə saxta şəxsiyyət yarada bilən agentlərin insan psixologiyasını və rəqəmsal izləri təhlil edərək minlərlə platformada eyni anda insandan daha inandırıcı sosial mühəndislik hücumları təşkil etmək qabiliyyətinə malik olduqlarını deyib:
“Bu vəziyyət klassik müdafiə sistemlərinin, hətta sıfır etimad (Zero Trust) modellərinin belə effektivliyini sual altına alır. Çünki insan kimi davranan və identifikasiya alətlərini aldadacaq dərəcədə təkmilləşən agentlərə qarşı müdafiə də avtomatlaşdırılmalıdır. Şirkətlər bu agentləri biznes köməkçisi kimi təqdim etsələr də, AISI-nin hesabatı göstərir ki, adekvat nəzarət və təhlükəsizlik çərçivəsi olmadan bu alətlər kibercinayətkarlıqda nəzarətdən çıxa biləcək ən təhlükəli vasitələrdən birinə çevrilmək potensialına malikdir”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Avqust 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri