Süni intellekt İnterpola 120 dən çox terrorçunun müəyyən olunmasında kömək edib
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnterpol süni intellektdən (Sİ) istifadə etməklə 126 terrorçunun şəxsiyyətini müəyyən edib.
Oxu.Az təşkilatın yaydığı press-relizə istinadən xəbər verir ki, nəticə terror şəbəkələri ilə mübarizə məqsədilə keçirilən "Shams II" əməliyyatı çərçivəsində əldə olunub.
Qeyd olunur ki, əməliyyat iyunun 1-dən 5-dək İnterpolun rəhbərliyi ilə keçirilib və 11 ölkədən mütəxəssisləri bir araya gətirib. Ekspertlər terrorçular tərəfindən yayılan 108 mindən çox görüntünü təhlil ediblər.
Xüsusi hazırlanmış süni intellekt agentləri və skriptlər dublikatları silməyə və görüntülərin keyfiyyətini yaxşılaşdırmağa imkan verib. Nəticədə məlumatların həcmi 6 300 yüksəkkeyfiyyətli görüntüyə qədər azaldılıb və onlar İnterpolun üztanıma sisteminə inteqrasiya üçün hazır vəziyyətə gətirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:224
Bu xəbər 20 Sentyabr 2026 02:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















