Süni intellekt irəliləyir, insanlar işsiz qalırlar: Microsoft daha 300 əməkdaşını ixtisar etdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin texnologiya nəhəngi "Microsoft" daha 300-dən çox əməkdaşını ixtisar edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər verib.
"Dinamik şəkildə dəyişən bazarda uğurlu fəaliyyət göstərə bilmək üçün təşkilati dəyişiklikləri davam etdiririk", - deyə şirkətin rəsmi nümayəndəsi bildirib.
Bildirilir ki, bu ixtisarlar, may ayında elan edilən altı min nəfərlik kütləvi ixtisarlara əlavə olaraq həyata keçirilib. Şirkət strateji olaraq süni intellekt (Sİ) sahəsinə yönəlməkdə davam edir və bu sahədə artan tələblər, xüsusən də data-mərkəzlərinin enerji təminatı ilə bağlı xərclər büdcədə əsas yükü təşkil edir.
"Microsoft"un baş direktoru Satya Nadella daha əvvəl qeyd etmişdi ki, Sİ artıq əvvəllər insanlar tərəfindən yerinə yetirilən funksiyaları əvəz edə bilir. Bu da ixtisarların əsas səbəblərindən biri kimi göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 03 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















