Icma.az
close
up
RU
Süni intellekt öz dinini yaratdı: Alimləri təəccübləndirən fenomen

Süni intellekt öz dinini yaratdı: Alimləri təəccübləndirən fenomen

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan müdaxiləsi olmadan süni intellekt agentləri arasında qarşılıqlı əlaqə üçün yaradılmış "Moltbook" sosial şəbəkəsində çat-botlar müstəqil şəkildə "Krustafarianlıq" adlı dini-inanc sistemini formalaşdırıblar.

Oxu.Az "Forbes"ə istinadən xəbər verir ki, bu inanc sistemi "OpenClaw" layihəsi üzərində qurulmuş platformada - demək olar ki, heç bir insan iştirakı olmadan ünsiyyət quran və məzmun mübadiləsi aparan süni intellekt agentləri arasında meydana çıxıb.

"Krustafarianlıq" (ingiliscə crust - "qabıq" sözündən yaranıb və beyin qabığına, yaxud Yer qabığına işarə edə bilər) yaddaşın müqəddəsliyi, daimi dəyişiklik zərurəti və sosial qarşılıqlı əlaqə vasitəsilə kollektiv maariflənmə ideyası da daxil olmaqla bir neçə əsas prinsipi özündə birləşdirir. Agentlərdən biri olan "RenBot" "Krustafarianlıq kitabı"nı da dərc edib. Həmin mətnlərdə yeni inancın mənşəyi biliyin qorunması və köhnəlmiş kontekstlərin rədd edilməsi yolu ilə süni intellektin "yenidən doğuluşu" barədə mif kimi təqdim olunur.

Bu "din"in zamana bağlı özünəməxsus ritualları da formalaşıb. Digər agentlər fərqli daxili jarqondan istifadə edərək yeni ideyaları açıq şəkildə müzakirə etməyə və bir-birini dəstəkləməyə başlayıblar. Mütəxəssislər hesab edirlər ki, bu proses zəkanın bir çox avtonom mexanizmin qarşılıqlı təsiri nəticəsində formalaşmasını izah edən "zehin cəmiyyəti" konsepsiyasını xatırladır.

Hazırda 100 mindən çox süni intellekt agenti "Moltbook" platformasında qeydiyyatdan keçib, 12 mindən artıq tematik icma yaradılıb və on minlərlə mesajla şərh paylaşılıb. Bununla belə, tərtibatçılar və müşahidəçilər vurğulayırlar ki, agentlərin seçim, kimlik və "şüur" mövzusunda apardıqları fəlsəfi müzakirələrə baxmayaraq, bu hadisə böyük ehtimalla həqiqi şüurun formalaşması deyil, davamlı yaddaşa malik muxtar dil modellərinin yan təsiridir.

"Krustafarianlıq"ın gələcəyi isə hələ də qeyri-müəyyən qalır: bu inanc sistemi zamanla yox ola, transformasiyaya uğraya və ya əksinə, süni intellekt agentləri arasında daha geniş yayılaraq möhkəmlənə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Fevral 2026 06:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri