Süni intellekt proqramı tibb imtahanından uğurla keçib Yenilik
Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilən süni intellekt sistemi yaradıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Böyük Dil Modeli” (LLM) sinfinə aid olan bu generativ süni intellekt sistemi 700 mindən çox lisenziyalı tibbi məqalə, məşhur tibbi internet saytlarından toplanmış 16 milyon sənəd və dərsliklər daxil olmaqla geniş məlumat bazası əsasında təlim etdirilib.
Nəticədə sistem milli tibbi lisenziya imtahanında “uğur həddini” keçərək, qlobal miqyasda hazırlanmış LLM modelləri arasında ən yüksək nəticələrdən birinə imza atıb.
Təxminən 40 universitet, tədqiqat institutu və özəl şirkətin əməkdaşlığı ilə hazırlanmış sistem ilkin müayinələr əsasında mümkün diaqnozlar təklif edə bilir. Layihə çərçivəsində yeni texnologiyanın klinik müalicəyə dəstək olmaq və tibbi əməliyyatlarda səmərəliliyi artırmaq məqsədilə istifadə olunması nəzərdə tutulur.
Mütəxəssislər bu inkişafın səhiyyə sistemində yeni mərhələyə keçidi sürətləndirəcəyini bildirirlər.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 30 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















