Icma.az
close
up
RU
Süni intellekt sahəsində bir neçə aparıcı alim gözlənilmədən ölüb

Süni intellekt sahəsində bir neçə aparıcı alim gözlənilmədən ölüb

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər ərzində Çində süni intellekt sahəsinin inkişafı ilə məşğul olan bir neçə tanınmış alim gözlənilmədən dünyasını dəyişib. 

"Ölkə.az" xəbər verir ki, bu barədə Honq Konqun "South China Morning Post" nəşrinin məlumat yayıb.

Bu ölümlər tədqiqatçıların şəxsi təhlükəsizliyi və onların məruz qaldığı yüksək stress səviyyəsi ilə bağlı narahatlıqlara səbəb olub. Qeyd olunur ki, bu narahatlıqlar xüsusilə ABŞ və Çin arasında texnoloji rəqabətin artdığı bir dövrdə daha da aktuallaşır.

Nəşr xatırladır ki, məsələn, 2022-ci ilin iyununda "Megvii Technologies" şirkətinin aparıcı alimi və maşın görmə texnologiyaları üzrə tanınmış ekspert Sün Cian vəfat edib. O, dünyada böyük nüfuz qazanmışdı və "MIT Technology Review" tərəfindən ən yaxşı gənc alimlər siyahısına daxil edilmişdi. 45 yaşlı alimin ölüm səbəbi açıqlanmayıb, yalnız "qəfil xəstəlik” nəticəsində vəfat etdiyi bildirilib.

Bir il sonra isə Çin Xalq Azadlıq Ordusuna bağlı Pekin Milli Müdafiə Texnologiyaları Universitetinin süni intellektin hərbi tətbiqləri sahəsində çalışan dosenti Fen Yanxe vəfat edib. O, cəmi 38 yaşında idi və ölüm səbəbi ümumiyyətlə açıqlanmayıb.

Eyni il böyük texnoloji şirkət olan "SenseTimein"in təsisçisi və Honq Konqdakı Çin Universitetinin professoru Tan Syaou da gözlənilmədən vəfat edib. O zaman 55 yaşında olan alimin hansı xəstəlikdən öldüyü barədə məlumat verilməyib.

Bundan bir il sonra 41 yaşlı "Yidu Tech” şirkətinin həmtəsisçisi və innovasiyalar üzrə baş direktoru Xe Çji də qəfil dünyasını dəyişib.

2025-ci ildə isə Cənubi Çin Texnologiya Universitetinin Kompüter Elmləri Məktəbinin dosenti, maşın görmə sahəsində ekspert Çüan Yüxhueyin ölümü barədə məlumat yayılıb. Onun ölüm səbəbi də ictimaiyyətə açıqlanmayıb.

"South China Morning Post" yazır ki, bu ardıcıl və izah olunmamış ölümlər texnologiya sektorunda çalışan mütəxəssislər üçün artan təzyiqlər və potensial risklərə dair suallar doğurur.(Qaynarinfo)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri