Süni intellekt sayəsində 5 il ərzində 200 000 işçi ixtisar edilə bilər Bu sahələrdə...
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bloomberg Intelligence (BI) hesabatına görə, dünyanın ən böyük bankları süni intellektdə (AI) irəliləyişlər səbəbindən yaxın 3-5 il ərzində təxminən 200 min iş yerini ixtisar edə bilər.
Sfera.az bildirir ki, Bloomberg Intelligence analitikləri Citigroup Inc., Goldman Sachs Group Inc. JPMorgan Chase & Co-dan 93 respondent arasında sorğu keçirib.
Baş BI analitiki və hesabat müəllifi Tomasz Noetzel, təkrarlanan tapşırıqları əhatə edən hər hansı rutin işin "risk altında" olacağını söyləyib. Dəyişikliklər dəstək xidmətlərinə, daxili şöbə əməkdaşlarına və müştəri əməliyyatlarının yoxlanılmasına və işlənməsinə cavabdeh olan işçilərə təsir göstərə bilər. BI tərəfindən sorğuda iştirak edən respondentlərin fikrincə, süni intellektdən istifadə bankların məhsuldarlığını və gəlirlərini növbəti 3-5 il ərzində ən azı 5% artıra bilər. Buna əsaslansaq, iri bankların ümumi mənfəəti vergidən əvvəl 180 milyard dollara qədər arta bilər.
Eyni zamanda, respondentlər süni intellektin yalnız iş prosesini dəyişdirəcəyini və bu sahələrdə insan əməyini tamamilə aradan qaldırmayacağını iddia edirlər.
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Yanvar 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















