Icma.az
close
up
RU
Süni intellekt şirkətinin baş direktoru: Sİ kütləvi işsizliyə səbəb ola bilər

Süni intellekt şirkətinin baş direktoru: Sİ kütləvi işsizliyə səbəb ola bilər

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın aparıcı süni intellekt (Sİ) şirkətlərindən biri olan "Anthropic"in baş direktoru Dario Amodei süni intellektin yaxın bir neçə il ərzində əmək bazarını ciddi şəkildə sarsıdacağı barədə xəbərdarlıq edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, baş direktorun fikrincə, hökumətlər və şirkətlər bu transformasiyaya hazır deyillər.

Amodei: "Süni intellekt demək olar ki, bütün zehni işlərdə insanlardan daha yaxşı olmağa başlayır. Bu inkişaf, sıravi ağ yaxalı işlər də daxil olmaqla bir çox peşə sahələrini təhlükə altına alır", - deyə bildirib.

Amodei "Axiosa" verdiyi müsahibədə qeyd edib ki, süni intellekt yaxın 1-5 il ərzində giriş səviyyəli ağ yaxalı işlərin yarısını aradan qaldıra və ABŞ-da işsizlik səviyyəsini 20 faizə qədər yüksəldə bilər. Bu rəqəm pandemiya dövründəki ən yüksək göstəriciyə yaxınlaşır.

Bu proqnoz, əvvəllər akademiklərin və iqtisadçıların etdiyi xəbərdarlıqları təsdiqləyir. Lakin fərq ondadır ki, bu dəfə xəbərdarlıq birbaşa sənayenin içindən, güclü bir Sİ şirkətinin rəhbərindən gəlir.

Əvvəllər texnoloji dəyişikliklər əsasən aşağı ixtisaslı işlərin avtomatlaşdırılması ilə nəticələnirdi və insanlar daha yüksək maaşlı sahələrə yönəldilə bilirdi. Lakin Amodeiyə görə bu dəfə vəziyyət fərqlidir: "Süni intellekt illərlə təhsil tələb edən ixtisaslı sahələri də aradan qaldıra bilər. Bu isə təhsilli iş qüvvəsinin asanlıqla yeni iş sahələrinə uyğunlaşa bilməyəcəyi deməkdir", - deyə şirkət rəhbəri bildirib.

"Anthropic" bildirir ki, istifadəçilərinin 60 faizi Sİ-dən iş gücünü dəstəkləmək üçün, 40 faizi isə insan əməyini tam əvəz etmək məqsədilə istifadə edir. Lakin bu nisbət sürətlə avtomatlaşdırmanın xeyrinə dəyişir.

Ötən həftə "Anthropic" təkbaşına 7 saat fasiləsiz işləyə bilən yeni bir model təqdim edib. Amodei adi vətəndaşlara bu tövsiyəni verdi: "Süni intellektdən istifadə etməyi öyrənin".

Amodei süni intellektin yaratdığı böyük iqtisadi dəyərin yalnız texnologiya şirkətlərinin əlində cəmlənməməsi üçün Sİ şirkətlərinə xüsusi vergi tətbiq olunmasının müzakirəyə çıxarılmasını təklif edib: "Bu, mənim iqtisadi maraqlarıma uyğun deyil, amma bu barədə danışmaq lazımdır", - deyib.

Amodei vurğulayıb ki, bu texnoloji dəyişikliklər əvvəlkilərlə müqayisədə çox daha sürətli, geniş və uyğunlaşması çətin olacaq. "Microsoft" və "Meta" kimi nəhəng şirkətlərin də kod yazmaqda süni intellektdən geniş istifadə etdiyinə diqqət çəkib.

Bəzi mütəxəssislər düşünür ki, süni intellekt bütün işləri deyil, yalnız müəyyən tapşırıqları avtomatlaşdıra bilər. Bu, insanlara daha yaradıcı və mürəkkəb sahələrə fokuslanmaq üçün zaman qazandıra bilər. Lakin Virciniya Universitetindən professor Anton Korinek xəbərdarlıq edib: "Keçmişdə yeni işlər yaranırdı, amma bu dəfə o işləri də maşınlar bizdən daha tez öyrənə bilər".

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 May 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri