Icma.az
close
up
RU
“Süni intellekt siyasətinin formalaşdırılması istiqamətində tədbirlər görülür” Əli Abbasov

“Süni intellekt siyasətinin formalaşdırılması istiqamətində tədbirlər görülür” Əli Abbasov

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu sözləri AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) baş direktoru, akademik Əli Abbasov 26 avqust 2025-ci il tarixində İSİ-də keçirilən “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransın (PCI 2025) açılış tədbirində səsləndirib.

"Unikal" xəbər verir ki, beynəlxalq konfransın əməli əhəmiyyətinə toxunan akademik qeyd edib ki, sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşaiyət olunan müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz kibernetika və informatika sahələrinin inkişafı və mövcud problemlərin aradan qaldırılmasıdır. Bu baxımdan ilk dəfə 1998-ci ildə Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) keçirilən konfransın önəmini vurğulayan Ə.Abbasov əsas məqsədin aktual sahələr ətrafında əməkdaşlıq əlaqələrinin qurulması, problemlərin həlli istiqamətində dünya alimlərilə birgə diskusiyaların aparılması, müasir metodların tətbiqi və yeni elmi tədqiqat sahələrinin müəyyənləşdirilməsi olduğunu bildirib.

Akademik qeyd edib ki, ötən əsrin sonlarında idarəetmə sahəsindəki problemlərin həlli istiqamətində optimallaşdırma və optimal idarəetmə metodlarından istifadə edilsə də müasir dövrdə bu aktual sahənin qarşısında duran problemlər sürətlə dəyişdiyi üçün sözügedən metodlar bir o qədər də əlverişli deyil. Hazırda bu problemlərin həllində süni intellekt texnologiyaları, şəbəkə nəzarət sistemləri, təbii dillərin emalı kimi metodlar real nəticələr verməyə başlayıb.

Ə.Abbasov kibernetika və informatika sahələrinin inkişafına müvafiq olaraq silsiləvi şəkildə keçirilən beynəxlalq konfransın tədqiqat istiqamətlərinin də dəyişərək müasirləşdiyini bildirib. Qeyd edib ki, konfrans mövzularının böyük bir qisminin Süni İntellekt (Sİ) texnologiyalarının hesablama resursları və riyazi modelləşdirmə kimi müxtləlif tətbiq sahələrinə həsr olunması heç də təsadüfi deyil. Məhz müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı siyasi, iqtisadi və sosial strukturlarda əhəmiyyətli dəyişikliklərə səbəb olur. Sİ-nin inkişafı qərarvermə proseslərinin optimallaşdırılmasında, böyük həcmli məlumatların təhlili və avtomatlaşdırılmasında mühüm əhəmiyyətə malik olmaqla mürəkkəb idarəetmə sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir.

Hazırda dünya əhalisinin təqribən 67%-nin internet istifadəçisi olduğunu bildirən akademik bu göstəricinin ölkəmizdə təqdirəlayiq olduğunu və 90% əhalini əhatə etdiyini qeyd edib. Bu inkişafın təməlində məhz ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü siyasət olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikası son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyub ki, bu istiqamətdə həyata keçirilən islahatlardan biri də cari ilin yanvar ayında “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, mart ayında isə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi olmuşdur. Strategiyaya əsasən, 2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması və “Dövlət-Özəl-Akademik” əməkdaşlıq modelinin genişləndirilməsi nəzərdə tutulur.

Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov tədbirin idarəetmə və kibernetika sahələrində inkişafa mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri