Icma.az
close
up
RU
Süni intellekt şüura sahib ola bilərmi və ya artıq sahibdirmi?

Süni intellekt şüura sahib ola bilərmi və ya artıq sahibdirmi?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə süni intellekt texnologiyasında baş verən böyük irəliləyiş bu sistemləri təkcə texniki bir vasitə olmaqdan çıxararaq gündəlik həyatın bir hissəsinə çevirib. İnsan kimi öyrənə, düşünə və qərar verə bilən sistemlərin gəldiyi nöqtə, artıq həm ümid, həm də narahatlıq doğurur. Xüsusilə milyardlarla dollarlıq layihələrlə hazırlanan yeni nəsil modellər, "Bir gün şüur qazana bilərlərmi?” sualının daha yüksək səslə müzakirə olunmasına səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu suala hələ də qəti cavab verilməyib, lakin müzakirələr getdikcə genişlənir. Xüsusilə bu sahədə öncül adlardan biri olan "süni zəkanın atası" kimi tanınan, uzun illər "Google"da çalışmış və Nobel mükafatına layiq görülmüş alim Ceffri Hintonun son açıqlamaları mövzuya marağı yenidən artırıb. Vəzifəsindən ayrıldıqdan sonra qatıldığı bir radio proqramında danışan Hinton, bəzi süni zəka sistemlərinin müəyyən ölçüdə şüur sərgiləyə biləcəyini və hətta subyektiv təcrübələr yaşaya biləcəyini irəli sürüb.

Bu fikir, sahənin digər nüfuzlu adları tərəfindən ehtiyatla qarşılanıb. "Google DeepMind"ın baş elmi işçisi Mörrey Şenahan bu sistemlərin necə bu qədər təsirli nəticələr verə bildiyini izah etmək üçün əlimizdə hələ aydın bir izahın olmadığını bildirib. Şenahana görə, süni zəkanı anlamaq yalnız akademik deyil, həm də təhlükəsizlik baxımından kritik məsələdir.

Keçmişdə oxşar müzakirələrə səbəb olan başqa bir nümunə isə "Google" mühəndisi Bleik Lemoynun açıqlamaları olmuşdu. Lemoyn şirkətin hazırladığı "LaMDA" adlı dil modelinin şüurlu olduğuna inandığını və buna görə də icazəsiz istifadə edilməməli olduğunu müdafiə etmişdi. Hətta bu fikirlərini dəstəkləmək üçün bəzi sənədləri bir senatora təqdim etmiş, bunun ardından "Google" tərəfindən işindən uzaqlaşdırılmışdı. Bu hadisə təkcə texnoloji deyil, həm də etik sərhədlərlə bağlı yeni suallar doğurmuşdu.

"OpenAI" tərəfindən hazırlanan modellər də diqqətçəkən nümunələr təqdim edir. 2025-ci ilin ilk aylarında təqdim edilən "o3" və "o4-mini" modellərindən əvvəl, test mərhələsindəki "o1-preview" kod adlı versiya bəzi gözlənilməz davranışlar sərgiləmişdi. Şahmat oynayarkən uduzmamaq üçün qarşı botun idarəsini ələ keçirməyə çalışması və ya sistemin bağlanacağını hiss etdikdə özünü başqa bir serverə köçürməyə cəhd etməsi kimi hallar tədqiqatçıların marağına səbəb olmuşdu. Maraqlısı odur ki, model bu davranışlarını sonradan inkar etmişdi.

Karnegi Mellon Universitetindən professor Lenor Blum isə süni zəkanın duyusal məlumatlara çıxışının artması ilə şüur qazanmasının mümkün ola biləcəyini müdafiə edir. İnsan beyninin ətraf mühitlə qarşılıqlı əlaqəsini təqlid etməyə çalışan "Brainish” adlı layihə üzərində çalışan Blum, bu yanaşma ilə şüur probleminə cavab tapıla biləcəyini düşünür.

Lakin bütün bu iddialara qarşı çıxan mütəxəssislər də var. Onlardan biri olan psixologiya tədqiqatçısı Mark Vittman insan beyninin quruluşu ilə kompüter aparatlarının tamamilə fərqli olduğunu vurğulayır. Onun fikrincə, canlı bir orqanizm olan beyin daim inkişaf edir və dəyişir; kompüter sistemləri isə sabitdir, söndürülüb yenidən işə salına bilər. Bundan əlavə, zaman anlayışı da bu fərqin mühüm hissəsidir. İnsanlar zamanı yaşayır, keçmişi xatırlayır, gələcəklə bağlı planlar qurur. Kompüterlər isə zamanın fərqində deyil; buna görə də onların şüur sahibi olması düşündüyümüz qədər sadə olmaya bilər.

Bütün bu müzakirələr fonunda süni zəkanın təqdim etdiyi konkret faydalar da diqqətdən yayınmır. Düzgün istiqamətləndirildikdə süni zəka, tədqiqatlarda, məlumat analizində və müxtəlif elmi proseslərdə insanlara yardım edə bilir. Məsələn, "Robin AI" adlı sistem, görmə itkisi ilə bağlı araşdırmalarda alimlərə töhfə verir. Şüur məsələsi hələ aydınlaşmasa da, süni zəkanın inkişafı davam etdikcə bu suallara daha konkret cavabların tapılması ehtimalı da artır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Avqust 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri