Icma.az
close
up
RU
Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər

Süni intellekt və real həllər tibbi xidmətlərə çıxışı genişləndirə bilər

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 15-də işini panel iclaslarla davam etdirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusuna həsr olunub.

Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev səhiyyə sənayesinin texnoloji irəliləyişlərin, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbin birləşməsi ilə formalaşacağını bildirib. O, süni intellekt və real həllərin ən mühüm töhfələrindən birinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi yolu ilə tibbi xidmətlərə çıxışın genişləndirilməsi olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, pandemiya və xəstəliklərin yayılması kimi qlobal səhiyyə böhranı dağıdıcıdır. Eyni zamanda, müsbət dəyişikliklər üçün imkanlar yaradılır. Bu böhranlar vaksinlərdə, müalicə üsullarında və tibbi texnologiyalarda təcili yeniliklərə təkan verir.

Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild çıxışında rəqəmsal transformasiyanın dünyada baş verən dəyişikliklərə uyğun olaraq insan beyninə təsir göstərdiyini söyləyib. Qeyd edib ki, dünyada baş verən hadisələr müsbət məcrada gedirsə, insan beyni buna köklənir, lakin neqativ tendensiyalar beynin qavrama və analiz etmə funksiyalarına mənfi təsir edə bilər.

Qrinfild, həmçinin rəqəmsal texnologiyaların inkişafı ilə paralel olaraq beynin sağlamlığına yönəlmiş elmi araşdırmaların və maarifləndirmə tədbirlərinin vacibliyini də vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Serageldin deyib ki, inkişafın istiqamətləri bu gün düşünülməli, həm də qidalanma məsələsi təşviq edilməlidir. Düzgün qidalanma xüsusilə ucqar rayonlarda yaşayan yoxsul analar üçün vacibdir. İlk növbədə, onlar tam çəkiyə uyğun körpələr həyata gətirəcək. İkincisi, həmin körpələr ana südü ilə qidalana biləcəklər.

"Bütün bunlar çox vacibdir. Problemlərin ilk təzahürləri məhz buradadır. Bu gün teletibb və süni intellektlə keçmiş illərdə mümkün olmayan rabitə şəbəkələrinə çatmaq imkanımız var”, - deyə İsmail Serageldin əlavə edib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburici bildirib ki, kiçik və ya kasıb ölkələr maliyyə vəsaiti əldə etməkdə çətinlik çəkirlər. Məlumatların paylanması bərabər deyil və çoxlu problemlər var. O, səhiyyə siyasəti, düzgün protokollar, səhiyyə xidmətlərinə çıxış və onların saxlanılması baxımından əlavə işlər görülməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, eyni zamanda, dövlət qurumları da ictimaiyyətə lazımi dəstəyi verməlidir.

İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya İtzik qlobal səhiyyə məsələsinin son dərəcə vacib olduğunu bildirib. Qeyd edib ki, dünya pandemiyalar, iqlim dəyişikliyi və müxtəlif səhiyyə siyasətlərinin tətbiqi fonunda bu cür problemlərlə üzləşməyə davam edir.

“Mən birlikdə fəaliyyət göstərməyin çox vacib olduğunu düşünürəm. Xristian, müsəlman, yəhudi - hər kəs eyni vaxtda eyni müalicəni ala bilər. Nə qədər çox əməkdaşlıq etsək, işimiz dünyaya gözəl bir mesaj olacaq”, - deyə Daliya İtzik əlavə edib.

Qlobal Əməkdaşlıq Forumunun prezidenti və CEO-su Amir Dossal Azərbaycanın səhiyyə sektorunda gördüyü işlər, süni intellekt sahəsindəki nailiyyətləri barədə məlumat aldığını, ölkəmizdə bu sahədə görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bu sahədə digər ölkələrə kömək edə bilər.

"Hazırda 700 milyon insan qidalanma çatışmazlığından əziyyət çəkir. Biz bunun qarşısının alınması məsələsini yetərincə müzakirə etmirik. Düşünürəm ki, səhiyyənin milli mülkiyyətə çevrilməsi ilə biz bu problemin qarşısının alınması imkanlarını daha da artırırıq" - deyə Amir Dossal diqqətə çatdırıb.

Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veiss bildirib ki, dünyada təkcə demoqrafik dəyişiklər getmir, həmçinin elm də dəyişir. Elm həm də epidemiyanın baş verməsi, yeni bir pandemiya ehtimalı yaradır və hər kəs bunun fərqində olmalıdır.

"Bununla yanaşı, antimikroblardan istifadə çox problemlidir. Ona görə də bu məsələnin fərqində olmalıyıq", - deyə Y.Veiss vurğulayıb.

Sessiya müzakirələrlə davam edib.

14:34

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu üçüncü günündə işini panel iclaslarla davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, UNESCO-nun Rasizmə Qarşı Şəhərlərin Koalisiyası təşkilatının rəhbəri Benedetto Zaçirolinin moderatorluğu ilə keçirilən sessiya “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” mövzusuna həsr olunub.

Panel sessiyada BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Suzan Qrinfild, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin, İsrailin sabiq Prezidenti, Knessetin keçmiş sədri (2006-2009), Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Daliya Itzik, Qlobal Əməkdaşlıq Forumunun prezidenti və CEO-su Amir Dossal, Moldovanın sabiq Baş naziri Çiril Qaburici, Hadassah Tibb Təşkilatının Baş direktoru Yoram Veissin çıxışları dinləniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Mart 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri