Süni intellekt yaxın gələcəkdə yüz minlərlə bank işçisini əvəz edəcək
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Dünya bankları qarşıdakı 3-5 il ərzində 200 minə qədər iş yerini ixtisar edəcək, çünki süni intellekt (AI) hazırda insanların yerinə yetirdiyi vəzifələri öz üzərinə götürməyə başlayır.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg Intelligence” (BI) tərəfindən aparılan araşdırmaya görə, aparıcı bankların informasiya və texnologiya xidmətlərinin rəhbərləri işçilərin orta hesabla 3%-nin ixtisarını gözləyir.
Ən sərfəli kredit üçün müraciət etBaş analitik Tomas Notzelin fikrincə, ən çox zərbəni arxa ofis, əməliyyatlar və risklərin idarə edilməsi departamentlərindəki işçilər görəcək.
"Rutin və təkrarlanan tapşırıqları əhatə edən istənilən iş risk altındadır. Lakin süni intellekt bu vəzifələri tamamilə əvəz etməyəcək, əksinə, mütəxəssislərə olan tələbləri dəyişdirərək əmək bazarını dəyişdirəcək", - deyə Notzel qeyd edib.
Gözlənilən ixtisarlara baxmayaraq, analitiklər avtomatlaşdırmanın bank sektorunun gəlirliliyini artıracağına inanırlar. BI-nin proqnozuna görə, 2027-ci ilə qədər bankların vergidən əvvəlki mənfəəti 12-17% arta bilər ki, bu da sənayenin ümumi gəlirinin 180 milyard dollar artmasına bərabərdir.
Baxış sayı:133
Bu xəbər 10 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















