Icma.az
close
up
RU
Süni intellektdən sui istifadə: həddini aşanlar var

Süni intellektdən sui istifadə: həddini aşanlar var

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Texnologiya inkişaf etdikcə onun təqdim etdiyi üstünlüklər istənilən informasiya və məlumatın əlçatanlığını, ağıllı və əhatəli cavabalma mexanizmini, sürətli həll etməni, bütün sahələrdə işin səmərəsini artırmanı, uzaq məsafələrin qısaldılmasını, ümumikdə həyatın asanlaşdırlmasını təmin etdi. Bu, illərdir müşahidə etdiyimiz və həyatımıza tətbiq etməklə nəticəsini gördüyümüz texnoloigiya-kommunikasiyanın müsbət imkanlarıdır.

Lakin təəssüf ki, insan cəmiyyəti həyatına daxil olan kommunikasiya texnologiyalarının hər birindən sui şəkildə istifadə etməklə gündən-günə öz dəyərlərini dəyərsizləşdirməyi də bacardı. İllər öncə adi danışıq telefonlarından smartfon telefonlara keçəndə də, kompyuterlərdən, daha sonra bir-birinin ardınca yaranan sosial şəbəkə platformalarından istifadədə də bunu görmüş olduq. Səbəb nədir? Nə üçün insan yeniliklərin hər birinə öz “yeniliyini” də əlavə edir? Bu yeniliklər telefonu danışıq vasitəsindən çıxarıb başqa səmtə yönəltdi. Bu yenilik kompyuter qarşısında uşaqlarımızın onurğa sütununun əyri bitməsinə, gözlərinin zəifləməsinə, şüurunun zədələnməsinə gətirib çıxardı. Bu yeniliklər sosial şəbəkələrin sosial mediaya çevrilməsinə şərait yaradıldı. Eləcə də sosial şəbəkələrə meyl salaraq real həyatımızı qurban verib virtual həyata köç etdik. Bu yeni həyatımızda yeni dəyərlərlə yaşamağa başladıq. Votsap qadınların qiybət, bir-birinə söz tuşlamaq, geyimini, evini, hətta süfrəsini nümayiş yerinə çevrildi. Feysbuk axın yeri oldu: kimin nəyi varsa, götürüb orada yeni həyata başladı. TikTok isə bu yeniliklərin ən müasirinə çevrildi. Artıq hər yeni sosial platformadan istifadə edənlər buranı da ondan əvvəlkilərin gününə qoydu. Elə sui istufadə etdilər ki, Tik Tok ailə divarlarını aşdı, ailə, qaynana-gəlin, müəllim-şagird münasibətlərini ictimailəşdirdi, evimizin içi oldu, dəyərlərimizin qəbiristanlığına çevrildi.

Uşaqlarımızı da bu platformaların hər birində oyuncağa çevirdik. Telefonları əlinə verməklə görməli olmadıqlarını göstərdik onlara. Uşaqlar yaşlarından xeyli irəli böyüməyə başladı. Sonra gördük ki, yox, onların öhdəsindən gələ bilmirik. Çünki yaşlarına uyğun olmayanları vaxtından əvvəl onlara təqdim etdik. Nə dəyər qaldı, nə əxlaq, nə gizli olmalı. Nə utanmaq qaldı, nə ar, nə də arlanmaq. Hamısını bu şəbəkələrdə qurban etdik.

Telegramdan və daha başqalarından söhbət açmayaq, onları nəyə çevirdi insan, bunu hər birimiz yaxşı bilirik.

Bəs daha sonra həyatımıza daxil olan süni intellekdən necə istifadə etməkdəyik? Bu, daha faciəvidir. Çünki burada fəaliyyətə dünyasını dəyişənlərdən başladılar. Onları qəbirlərindən çıxarıb süni intellekt vasitəsilə canlandırdılar. Öpüşdülər, görüşdülər. Videolar şəkib sosial şəbəkələrdə paylaşdılar. Sonra qocaları cavanlaşdırıb, cavanları qocaltdılar. Fotoları vasitəsilə hər xalqın nümayəndəsinə çevirdilər özlərini. Əyləncə bitdimi? Xeyr, bitmədi, bitməyəcək də. Çünki cəmiyyətimizin bu əyləncəsevərlərinin “yenilik” istəkləri nə bitir, nə də tükənir.

Sonra daha yeni videolar hazırlatdırıldı süni intellektə. Burada ən təəssüf doğuracaq obrazlar uşaqlar oldu yenə də. Uşaqların dili ilə ailə münasibətləri dil açıb danışdı. Ailənin qadınının qohumları ən yaxşılara, kişisinin qohumları isə zalımlara, ifritələrə çevrildi. Baxdıq, gülməkdən uğunduq. Lakin bircə dəfə fikirləşmədik ki, axı bunu cəmiyyət görür, əlinə telefon verdiyimiz uşaqlarımız görür və onlar bu mühütdə böyüyürlər. Böyüdükcə də özləri ilə bərabər bu münasibətləri də böyüdülür, sabah cəmiyyətin yarasına çevrilməyə, ailə dəyərlərinin məhvinə hazırlanırlar.

Süni intellektə filan uşağın fotosu göndərib filan söyüşlə video hazırlaması əmri verilir. Ortaya çoxsaylı söyüş videoları çıxır, baxırıq, gülür, uğunuruq. Lakin bircə dəfə sonun nə olacağını fikirləşirikmi?

Bu videolara yağan gülüşlər bunu hazırladanları yeni videolar axtarışına çıxarir. Onlar daha həyacanlısını, yanlışını, diqqətçəkənini hazırladıb cəmiyyətə təqdim etməklə dəyərlərimizi laxlatmağa, mənəviyyatı zədələməyə, sayğı, hörmətin məhvi uğrunda gecəli-gündüzlü çalışmağa başlayırlar. Nəticədə o qədər irəli gedirlər ki, hədlərini aşırlar. Real səslərdən istifadə ilə elə videolar hazırladırlar ki, baxanda yalnız, çox təəssüf, deməkdən başqa söz tapa bilmirik. Sayğısızlıq son həddə çatan bu videolar kimlərinsə ürəyincə olur, əlbəttə, lakin onlar bircə dəfə düşünürlərmi ki, sayğısız cəmiyyət Allahsız yerdir. Orada yaşamağa dəyərmi?

Son olaraq isə dünən gördüyüm, bəlkə də çoxdan hazırlanan, lakin mənim qarşıma çıxan süni intellektə düzəldilən videolar: iki qadının, iki kişinin bir-biri ilə evlənməsini təbliğ edən, azərbaycanlı adları ilə hazırlanan videolar və “filankəslərin ailəyə xoş gəldiniz” utandırıcı sözlər...

Baxdıqca düşünürəm: görəsən biz müasir texnologiyanın imkanlarından nə üçün belə sui istifadə etməyə meyilliyik? Axı bu istifadə qaydası bizim mentalitetə, xalqın dəyərlər sisteminə ziddir. Nə etmək istəyir bu videoları hazırlayanlar? Məqsədləri nədir? Onlara bir “dayan”deyən nə vaxt olacaq? Hazırladıqları qeyri-etik videolara, fotolara görə məsuliyyət daşımırlarmı?

Məsuliyyət hiss etmədikcə, hədlərini aşırlar axı. Bu hədsizlik nəyi əlimizdən alır, bəlkə bu barədə bir qədər düşünək? Cəmiyyətə təqdim olunan, gözyaşardıcı gülüşə səbəb olan bu videoların illər sonra acı göz yaşlarına çevriləcəyini düşünən varmı? Bu videolar çevrəsində tərbiyə alan, böyüyən gənc nəsil sabah bu xalqın mənəvi dəyərləri barədə nə düşünəcək? Bu günlərə çətin sınaqlardan keçərək gətirdiyimiz dəyərləri hansı formada yaşadacaq və gələcək nəsillərə verəcək? Bunlarlamı?

Məncə insan cəmiyyəti varsa, orada hökmən nəzarət və cəza mexanizmi olmalıdır. Yoxsa budur, insan həddini aşmaqla görün nə kimi videolar hazırlayıb cəmiyyətə təqdim edir. Burada nə böyük bilinir, nə kiçik. Nə qadın, nə kişi, nə də uşaq. Daha dəhşətlisi isə budur ki, onlar arasında qəbul edilməsi, bağışlanması mümkün olmayan videolar var. Elə hörmətsiz videolar var ki, onu hazırladan insanın anormal olduğunu sübut edir. Belə isə cəmiyyət nə üçün bu anormalların normallaşdırmaq istədiklərini görməli, bunların əhatədə yaşamalıdır? Bu alışdırma sisteminin gələcək qurbanı olmalıdır?

“Sos” düyməsinə əl uzadın, insanlar. Həddini aşanlara həddini vaxtında göstərmək vacibdir, sonra gec olar!

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri