Icma.az
close
up
RU
Süni intellektə inzibati qadağa bizdə də olacaqmı?

Süni intellektə inzibati qadağa bizdə də olacaqmı?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ekspert: “Süni intellektin sərt şəkildə məhdudlaşdırılması doğru yanaşma hesab edilmir”

Rusiya Dövlət Dumasının iki palatası süni intellektdən (AI) istifadə məsələsinə baxır. Bildirilir ki, hazırlanmış müvafiq qanun layihəsi çərçivəsində müzakirələr süni intellektin yaratdığı məzmunun etiketlənməsinə yönəlib. Lakin gələcəkdə müzakirə genişlənərək sosial və gündəlik həyatdan siyasətə qədər geniş sahələrə təsir edə biləcək süni intellektlə bağlı məhdudiyyətləri əhatə edə bilər.

Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin deyib ki, süni intellekt təkcə uşaqlar arasında deyil, problemlərin həlli və esselərin yazılması üçün də populyardır. Volodin bildirib ki, çox vaxt realdan fərqlənməyən müxtəlif məzmun növlərinin - fotoşəkillərin, videoların və mətnlərin yaradılmasında süni intellektdən aktiv istifadə ilə bağlı artıq çoxlu şikayətlər daxil olur.

“Bundan başqa, süni intellekt tərəfindən yaradılan məhsullar bəzən qeyri-qanuni məqsədlər üçün, eləcə də insanları çaşdırmaq üçün istifadə olunur”, - spiker bloq yazısında izahat verib.

Elvin Abbasov

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Azərbaycanda süni intellektin tətbiqi və idarə olunması istiqamətində proseslər mərhələli şəkildə həyata keçirilir. Hazırda süni intellektin istifadəsinin məhdudlaşdırılması və ya daraldılması ilə bağlı konkret qanunvericilik təşəbbüsü yoxdur. Lakin bu sahədə normativ-hüquqi çərçivənin formalaşdırılması istiqamətində mühüm addımlar atılır.

2025-ci ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” rəqəmsallaşma prosesini vahid strateji istiqamətə yönəldib. Bu sənəd rəqəmsal idarəçiliyin təkmilləşdirilməsi, süni intellektin etik və təhlükəsiz tətbiqi, rəqəmsal hüquqların qorunması kimi məqsədləri özündə birləşdirir. Konsepsiya süni intellektin dövlət idarəçiliyində, iqtisadiyyatda və sosial sferada istifadəsinə şərait yaradan əsas sənədlərdən biridir.

Bununla yanaşı, hazırlanmış “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyası” süni intellekt texnologiyalarının inkişafını tənzimləyən ilk milli sənəddir. Strategiyada əsas məqsəd texnologiyanın təhlükəsiz, məsuliyyətli və etik prinsiplərə əsaslanan şəkildə inkişaf etdirilməsidir. Burada dövlət və özəl sektor əməkdaşlığı, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və süni intellekt ekosisteminin formalaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilib.

Belə bir şəraitdə süni intellektin sərt şəkildə məhdudlaşdırılması doğru yanaşma hesab edilmir. Əksinə, məqsəd tənzimləmə mexanizmlərini gücləndirməklə bu texnologiyanın şəffaf və məsuliyyətli şəkildə inkişafına nail olmaqdır. Çünki süni intellektin innovativ potensialı ölkənin iqtisadi və sosial transformasiyasına ciddi töhfə verir və onun düzgün istiqamətdə idarə olunması gələcək inkişaf üçün əsas şərtlərdəndir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri