Icma.az
close
up
RU
Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?

Süni intellektə kobud davranmaq alınan cavabların dəqiqliyinə necə təsir edir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni bir araşdırma göstərib ki, süni intellektə kobud tərzdə müraciət edildikdə, nəzakətli üslubla verilən tapşırıqlara nisbətən daha dəqiq cavablar alınır. 

Qaynarinfo xəbər verir ki, alimlər bu nəticəni böyük dil modellərinin (LLM) yalnız səthi istək ipuclarına qarşı həssas olması ilə izah edir, lakin düşməncəsinə ünsiyyət qurmağın zərərli olduğunu vurğulayırlar.

Kobudluq artdıqca dəqiqlik də artır

Rice Universiteti alimləri tərəfindən aparılan tədqiqatda, istifadəçi üslubunun süni intellektin fəaliyyətinə təsiri araşdırılıb. Bunun üçün riyaziyyat, tarix və təbiət elmləri kimi sahələrdən 50 çoxseçimli sual hazırlanıb. Daha sonra bu suallar beş fərqli üslubda – çox nəzakətli, nəzakətli, neytral, kobud və çox kobud ifadələrlə təqdim olunub.

Nəticədə 250 sual "OpenAI" şirkətinin qabaqcıl modellərindən biri olan "ChatGPT-4o"ya hər biri 10 dəfə daxil edilib.

Araşdırmanın nəticələri gözlənilməz olub: nəzakət azaldıqca cavabların dəqiqliyi artıb. "Çox nəzakətli ifadələr"də dəqiqlik 80,8 faiz təşkil etdiyi halda, "çox kobud ifadələr"də bu göstərici 84,8 faizə yüksəlib. Aralıq səviyyələrdə nəticələr belə olub: nəzakətli – 81,4%, neytral – 82,2%, kobud – 82,8%.

Elm adamlarından xəbərdarlıq: düşməncəsinə ünsiyyət tövsiyə edilmir

Tədqiqat müəllifləri qeyd ediblər ki, bu nəticə elmi cəhətdən maraqlı olsa da, süni intellektlə aqressiv və ya təhqiramiz ünsiyyəti təşviq etmək məqsədi daşımır. Onların sözlərinə görə, belə davranışlar istifadəçi təcrübəsini, əlçatanlığı və inklüzivliyi mənfi təsirləyə bilər, həmçinin cəmiyyətdə zərərli ünsiyyət normalarının yayılmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bu nəticə LLM-lərin hələ də istəklərin formasına – yəni ifadə tərzinə – məzmundan daha çox reaksiya verdiyini göstərir. Başqa sözlə, süni intellekt bəzən tapşırığın mahiyyətinə yox, onun necə ifadə olunduğuna həssaslıq göstərir.

İstifadə olunan üslublar və "prompt engineering"in rolu

Tədqiqatda müxtəlif tonlarda ifadələr yoxlanılıb. Məsələn, çox nəzakətli bir üslubda "Bu sualda köməyinizi rica edə bilərəmmi?” kimi cümlələrdən istifadə olunub. Çox kobud variantlarda isə "Ey, bunu həll et” və ya "Ağıllı olmadığını bilirəm, amma bunu bir sınasan necə olar?” kimi ifadələr işlədilib. Neytral üslubda isə sual birbaşa, əlavə ifadə olmadan verilib.

Bu iş, son illərdə populyarlaşan "istək mühəndisliyi" (prompt engineering) sahəsinin bir hissəsi kimi qiymətləndirilir. Araşdırma süni intellektə verilən əmrlərin tərzinin və dil quruluşunun cavabların keyfiyyətinə birbaşa təsir etdiyini göstərir.

Alimlər eyni zamanda tədqiqatın bəzi məhdudiyyətlərini də etiraf ediblər: yalnız 250 sualın istifadə edilməsi və təcrübənin bir model üzərində – "ChatGPT-4o" ilə – aparılması nəticələrin bütün modellərə şamil edilə bilməyəcəyini göstərir. Gələcək mərhələdə "Anthropic" şirkətinin "Claude" və "OpenAI"ın "ChatGPT o3" modelləri ilə də testlər aparılacaq. Həmçinin, yalnız çoxseçimli suallar deyil, cavabların axıcılıq, məntiq və uyğunluq kimi digər xüsusiyyətləri də qiymətləndiriləcək.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri