Icma.az
close
up
RU
Süni intellektin təhlükəsi ARTIR: İnsan kimi düşünməyə başlayırlar

Süni intellektin təhlükəsi ARTIR: İnsan kimi düşünməyə başlayırlar

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İnsanların empatiya, yumor və digər hissləri var, amma bəziləri süni intellektə həddindən artıq çox inanırlar və tövsiyələri həddən artıq ciddiyə alırlar. Burada monopolist riskləri mövcuddur, “şəxsiyyət” daha inandırıcı ünsiyyət deməkdir. Bu isə reklam, siyasi təsir, təbliğat, fırıldaqçılıq və sosial mühəndislikdə güclü alətə çevrilə bilər".
Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov deyib. 
O, bildirib ki, bəzən çatbotlar əmin tonda səhv məlumat verirlər:
"İnsanvari danışıq bu səhvləri daha inandırıcı edir. Bununla yanaşı, məxfilik məsələsi də narahatlıq doğurur. İnsanlar botla daha səmimi danışır, həssas məlumat paylaşır, məlumatların necə saxlandığı və kimlərin istifadə etdiyi risk yaradır. Emosional asılılıq da müşahidə olunur, xüsusən yeniyetmələr və tənha insanlar botla əlaqəyə emosional bağ qura və real sosial münasibətlərdən uzaqlaşa bilər. Eyni zamanda məsuliyyətin bulanıqlığı mövcuddur, bot “şəxsiyyət” kimi görünəndə cavabdehlik sualı çətinləşir".
Ekspert bildirib ki, gələcəkdə ictimai təsirlər də diqqət tələb edir:
"Təhsil və iş mühitində düzgün istifadə məhsuldarlığı artırsa da, yanlış istifadə plagiat, tənqidi düşüncənin zəifləməsi və “hazır cavab” mədəniyyətinə yol aça bilər. İnformasiya ekosistemi çoxlu süni məzmunla dolduqda etibarlı mənbələri ayırmaq çətinləşir. Fərdiləşdirilmiş, “sənə uyğun” danışan çatbotlar insanları öz informasiya baloncuğuna sala bilər. Bununla yanaşı, daha inandırıcı phishing mesajları, saxta iş təklifləri və deepfake-lərlə birləşmiş kibertəhlükələr arta bilər".
Onun sözlərinə görə, bu risklərin azaldılması üçün botlar özlərinin bot olduğunu açıq göstərməli, həssas mövzularda mənbə bildirməli, uşaqlar üçün xüsusi rejimlər tətbiq olunmalı və şəxsi məlumat paylaşmamaq vərdişi təşviq edilməlidir:
"Reklam və siyasi təsirlər üçün şəffaflıq, audit və məsuliyyət mexanizmləri də təmin edilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Dekabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri