Icma.az
close
up
RU
Süni intellektin tətbiqi: gələcəyin təhsil modelində mühüm istiqamət

Süni intellektin tətbiqi: gələcəyin təhsil modelində mühüm istiqamət

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnologiyanın sürətli inkişafı, xüsusilə süni intellektin yaranması və geniş tətbiqi, insan həyatının bütün sahələrinə olduğu kimi, təhsil sisteminə də öz təsirini göstərir. Müasir dünyada, demək olar ki, süni intellektsiz bir təhsil modeli təsəvvür etmək çətindir. Süni intellekt artıq təhsilin gələcəyini formalaşdırır.

Mütəxəssislərin fikrincə, bu texnologiya sayəsində tədris prosesi daha çevik, əlçatan və effektiv olur. Ancaq unutmamalıyıq ki, təhsilin əsas məqsədi yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. Buna görə də süni intellektlə yanaşı, insan amili - müəllimlərin, tələbələrin və valideynlərin rolu həmişə ön planda qalmalıdır.

Süni intellekt insan zəkasını təqlid edən, öyrənmə, düşünmə, qərarvermə və problemləri həll etmə qabiliyyətinə malik sistemlər toplusudur. Təhsildə süni intellektin əsas məqsədi öyrənmə prosesini fərdiləşdirmək, müəllim və tələbə arasındakı əlaqəni gücləndirmək, eyni zamanda tədris prosesinin səmərəliliyini artırmaqdır. Süni intellektin təhsildə ən böyük imkanlarından biri öyrənməni fərdiləşdirmək qabiliyyətidir.

Süni intellekt təhsili daha maraqlı, səmərəli və hamı üçün əlçatan edəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov hesab edir ki, gələcəyin təhsil modelinin əsas istiqamətlərindən birinin məhz süni intellekt texnologiyalarının tətbiqi olacaq. Ədalət Muradov süni intellektin təhsildə fərdiləşdirmə, interaktiv öyrənmə, müəllimlərin işini asanlaşdırma, inklüzivlik və gələcək iş bazarına hazırlıq baxımından yaratdığı imkanlardan bəhs edib: “Süni intellekt və təhsilin gələcəyi, gələcək təhsilin əsas konturları daha aydın görünməyə başlayır və burada əsas amillərdən birinin məhz süni intellekt olacağı artıq qəbul edilir.  Təhsilin fərdiləşdirilməsi. Süni intellektin təhsildə ən böyük imkanlarından biri öyrənməni fərdiləşdirmək qabiliyyətidir. Süni intellekt hər bir təhsilalanın güclü və zəif tərəflərini, öyrənmə sürətini təhlil edərək onun üçün fərdi təhsil planı yarada bilir.

İnteraktiv öyrənmə

Saatlarla mühazirə dinləmək dövrü artıq geridə qalır. Gələcəyin təhsili interaktiv öyrənmə alətləri ilə zəngin olacaq. Virtual reallıq (VR) və artırılmış reallıq (AR) dərsləri canlandıraraq öyrənməni daha maraqlı edəcək.

Süni intellekt - müəllimin köməkçisi

İdarəetmə işlərindən tutmuş təhsilalanlara əlavə dəstək göstərməyə qədər, süni intellekt müəllimlərin vaxtına qənaət edərək onların əsas işi olan öyrətməyə daha çox diqqət ayırmasına şərait yaradır.

Əlçatanlıq və inklüzivlik

Təhsilalanlar təhsil imkanlarına bərabər çıxış əldə edirlər. Eyni zamanda, süni intellekt tədris materiallarını müxtəlif dillərə tərcümə edə bilir ki, bu da ana dili fərqli olan təhsilalanlar üçün maneələri aradan qaldırır.

Gələcək iş bazarına hazırlıq

Süni intellekt inkişaf etdikcə əmək bazarı da əhəmiyyətli dərəcədə dəyişəcək. Gələcəyin təhsili yalnız ənənəvi fənləri deyil, həm də təhsilalanları süni intellekt ilə idarə olunan dünyada uğurlu olmağa hazırlayan bacarıqları öyrədəcək. Beləliklə, süni intellekt təhsili daha maraqlı, səmərəli və hamı üçün əlçatan edəcək.

Süni intellekt müəllimləri heç vaxt əvəz edə bilməyəcək

Süni intellektin müəllimi tam əvəz etməsi mümkün deyil. Çünki tədris prosesi təkcə bilik ötürməkdən ibarət deyil, o, həm də insani münasibət, emosional əlaqə və dəyərlərin formalaşdırılması prosesidir. Süni intellekt isə nə qədər inkişaf etmiş olsa da, empatiya, anlayış və duyğu paylaşımı kimi insana xas keyfiyyətlərə malik deyil. O, verilən məlumatları emal edə bilər, amma şagirdin duyğularına və motivasiyasına insan kimi təsir göstərə bilməz. Texnologiya öyrətmə prosesini asanlaşdıra bilər, amma insanı insan edən ünsiyyət, emosional bağlılıq və mənəvi dəyərlərin ötürülməsi yalnız müəllim vasitəsilə mümkündür. Ona görə də, gələcəyin təhsil modeli süni intellekt və müəllimin birgə fəaliyyətinə əsaslanmalı, amma müəllimin yerini tam olaraq texnologiyaya buraxmamalıdır.

“Müəllimlərin rolu daha da önəmli olacaq”

Rektorun sözlərinə görə, süni intellekt təhsildə nə qədər böyük rol oynasa da, müəllimləri heç vaxt əvəz edə bilməyəcək. Əksinə, müəllimlərin rolu daha da önəmli olacaq: “Onlar artıq yalnız bilik verən deyil, həm də təhsilalanları süni intellekt vasitəsilə mövcud informasiya dünyasında istiqamətləndirən bələdçilərə çevriləcəklər. Müəllimlər tənqidi düşüncə, emosional zəka və sosial bacarıqların inkişafına fokuslanacaqlar. Təhsilalanlarla müəllimlər arasındakı əlaqə əsas olaraq qalacaq, Süni itellekt isə sadəcə bu əlaqəni gücləndirən bir vasitə rolunu oynayacaq. Bu baxımdan həlledici məqam həm də süni intellekt təhsil və təlimin hansı mərhələsində tətbiq edilməsidir. Mütəxəssislərin böyük əksəriyyətinin haqlı fikirlərinə görə, süni intellekt auditoriyada dərslərə deyil, dərsdən sonrakı hazırlıq mərhələsinə tətbiq edilməsi daha doğru və daha faydalıdır. Nəticə etibarilə, gələcəyin təhsili şübhəsiz ki, süni intellekt gücündən istifadə edəcək, lakin hər bir təhsilalanın ehtiyac və potensialını ön planda tutacaq. Texnologiya ilə insan münasibətlərinin düzgün balansı qurulduqda, bizi fərdiləşdirilmiş, keyfiyyətli, əlçatan və istədiyimiz təhsil gözləyir”.

Süni intellekt müəllimlərin işini tamamlayacaq

Ədalət Muradov qeyd edib ki, süni intellekt artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib, iş tərzimizi, öyrənmə və ünsiyyət üsullarımızı dəyişdirir: “Artıq təsəvvür etmək çətin deyil ki, gülümsəyən, süni intellektlə idarə olunan bir müəllim sizin adınızı bilir, öyrənmə tərzinizi anlayır və dərsləri sizin fərdi ehtiyaclarınıza uyğunlaşdırır. Üstəlik, süni intellekt yorulmur və 24/7 rejimində fəaliyyət göstərə bilər, bu da tələbələrin istənilən vaxt kömək almasına imkan verir. Süni intellektin müəllim kimi fəaliyyət göstərməsi ilə bağlı əsas narahatlıqlar məlumat məxfiliyi, iş yerlərinin itirilməsi qorxusu ilə bağlıdır. Lakin bir çox ekspertlər və biz də hesab edirik ki, süni intellekt müəllimləri tam əvəz etməyəcək, əksinə, onların işini tamamlayacaq. Rutın və təkrarlanan tapşırıqları yerinə yetirməklə, süni intellekt müəllimlərə yaradıcı və analitik işlərə daha çox vaxt ayırmağa imkan verəcək. Əlbəttə, süni intellektin tətbiqi üçün həm də mütləq qaydada etik çərçivələr müəyyən edilməlidir.

Bütün bunlara baxmayaraq, əgər süni intellekt müəllim olsa belə, ən real ssenari əməkdaşlıq ssenarisidir. Süni intellekt müəllimlərin bacarıqlarını artıraraq onların daha səmərəli və effektiv işləməsinə kömək edəcək. Təhsildə süni intellekt müəllimlərə fərdi öyrənməni izləmək və tədrisi fərdiləşdirmək üçün yeni imkanlar yaradacaq. Onu rəqib deyil, tərəfdaş kimi qəbul etməklə, biz təhsili daha əlçatan və keyfiyyətli edə bilərik. Süni intellektin müəllim rolunda çıxış etməsi bu gün fantastik səslənsə də, yaxın gələcəkdə bu ssenarilər reallığa çevrilə bilər. Gələcək artıq çox yaxındadır və süni intellekt onun ən güclü müəllimlərindən biri olacaq. Ancaq müəllim və süni intellektli müəllimin rolları tam fərqli olacaq. Müəllim nüfuzu əhəmiyyətli dərəcədə artacaq (və ya arta bilər). Hər şey süni intellektin tətbiqi ilə bağlı qərar verməzdən öncə onun güclü və zəif tərəflərini düzgün anlamaqdan asılıdır”.

Ədalət Muradovun fikrincə, Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutu yaradılmalıdır: “Türk Dövlətləri zaman-zaman öz fəaliyyətlərini birləşdirirlər. Bu baxımdan, təhsil sahəsində də inteqrasiya mühüm əhəmiyyət kəsb edə bilər. İkincisi, onu bildirməyi özümə borc hesab edirəm ki, süni intellekt bu gün müxtəlif sahələrə - ağır və yüngül sənayeyə, iqtisadiyyata, təhsilə, mədəniyyətə və s. daxil olur. Bu istiqamətdə süni intellekt sahəsində keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi institut çərçivəsində daha məqsədəuyğundur. Daha dəqiq ifadə etsək, süni intellekt istiqamətində kadr hazırlığı müxtəlif elmlərin inteqrasiyası istiqamətində həyata keçirilməsi daha səriştəli mütəxəssislərin formalaşmasına imkan verə bilər”.

Rektor institutun mərkəzinin Bakı ola biləcəyini bildirib. Ədalət Muradov birgə təhsil proqramlarının hazırlanmasının vacibliyini də deyib: “Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir. Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır”.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri