Icma.az
close
up
RU
Süni intellektlə bağlı xəbərdarlıq Bu cihazlara yükləmək qadağan edildi

Süni intellektlə bağlı xəbərdarlıq Bu cihazlara yükləmək qadağan edildi

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin süni intellekt sahəsində irəli çıxmağa çalışması Vaşinqtonu ciddi narahat edib. Təsadüfi deyil ki, ABŞ Nümayəndələr Palatası Konqres üzvlərini və əməkdaşlarını Çinin “DeepSeek”lə bağlı risklər barədə xəbərdar edib və onu xidməti cihazlara yükləməyi qadağan edib. Nümayənədlər Palatası buna səbəb kimi kiber təhlükələrlə bağlı narahatlığını göstərib. Ancaq aydındır ki, əsl səbəb Çin şirkətinin yeni layihəsində ABŞ şirkətlərini qabaqlamasıdır. 

News24.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, konqresmenlərin fikrincə, Amerikaya zərər vurmaq istəyənlər cihazları yoluxdurmaq üçün “DeepSeek”dən istifadə edə bilərlər. 

"Bu səbəbdən Konqres əməkdaşlarına “DeepSeek”i iş telefonlarına, kompüterlərinə və planşetlərinə yükləmək qadağan edilib. Bu ilk belə hadisə deyil. Bundan əvvəl “Microsoft Copilot”dan istifadə etmək qadağan edilib", - deyə o əlavə edib.

E.Şahinoğlu bildirib ki, "DeepSeek”lə bağlı başqa bir problem də üzə çıxıb: 

"“Bloomberg” agentliyinin məlumatına görə, “Microsoft” və “OpenAI” texnoloji korporasiyaları təhqiqata başlayıblar. Məqsəd “DeepSeek” şirkətinin məlumatları ABŞ-ın texnoloji  şirkətlərindən qanunsuz şəkildə əldə edib-etməməsini araşdırmaqdır. Şübhələr var ki, “DeepSeek” şirkəti ilə əlaqəli olanlar ABŞ-ın texnoloji şirkətlərindən məlumatları toplamağa çalışıblar. 

Beləliklə, ABŞ-la Çin arasında gərgin rəqabətdə yeni mübarizə meydanı formalaşıb. ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən bir neçə gün sonra süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan etmişdi. Söhbət “Stargate” adlandırılan layihədən gedirdi. Bu layihəyə bir neşə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını vurğulamışdı. Ancaq Tramp bunu söylədikdən bir neçə gün sonra Çindən zərbə aldı, “DeepSeek” süni intellekt startapına görə ABŞ-ın texnoloji şirkətləri trilyonlarla dollar itirdilər. Çinli startapın Google və OpenAI kimi nəhəng rəqiblərini geridə qoyduğu, ucuz qiymətə və daha az çiplə formalaşdırdığı süni intellekt modeli dünyada geniş şəkildə istifadə olunmağa başladı və son model ən çox yüklənən süni intellekt proqramına çevrildi. Ağ Ev bu prosesin qarşısını almağa çalışacaq. ABŞ Prezidentinin süni intellekt üzrə müşaviri Devid Saks “Fox News” televiziya kanalına müsahibəsində “DeepSeek” şirkətinin kəşfinin oğurluq məhsulu olduğunu iddia edib.  Saksın sözlərinə görə, Çin şirkəti ABŞ şirkətlətlərinin bilgilərindən istifadə edib. Saksın iddiaları təsdiqlənərsə, Vaşinqton Çinin texnoloji şirkətlərinə qarşı daha ciddi tədbirlər həyata keçirəcək".

Aynurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Fevral 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri