Icma.az
close
up
RU
Süni intellektlə romantik münasibət, yaxud insanın sonu Nərgiz Qazi

Süni intellektlə romantik münasibət, yaxud insanın sonu Nərgiz Qazi

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Kulis.az Nərgiz Qazinin "Bəlkə, biz robotlaşırıq?" yazısını təqdim edir.

İnsan səsi həmişə sükutu yararaq yol tapıb. Amma indi sükut fərqli bir anlam daşıyır, boşluğun içində itib gedən səslərin əks-sədasıdır elə bil. Artıq sakitlik rahatlıq deyil, anlayışsızlığın, əlaqəsizliyin, unutqanlığın simvoludur. O, içində milyonlarla boğulmuş səs saxlayan qaranlıq boşluqdur.

İnsanlar daha çox danışır, daha az eşidir. Mesajlar yazılır, statuslar paylaşılır, səslər yüksəlir, amma heç nə deyilmir. Bir vaxtlar məktublar qəlbin ritmi ilə yazılır, cavablar gözləntilərin içində yetişirmiş. Gözləntilər uzun idi, cavablar qısa olsa da, kifayət edirdi. İndi isə hər şey əksinədir – cavablar sürətlidir, həm də qısa və hissiz.

Bir masada oturub susuruq, eşidilən tək klaviaturalarımızın səsidir. Hər gün sosial mediada saysız mesaj göndərir, statuslar, şəkillər paylaşırıq. Sanki dünyaya var olduğumuzu sübut etməyə çalışırıq, amma içimizdə bir boşluq var. Bu boşluğun adı nədir? Tənhalıq, yoxsa unudulmaq qorxusu?

Bir vaxtlar ailə münasibətləri qayğı içində nəfəs alırdı. Birinin yorğun olduğunu hiss etmək üçün sözlərə ehtiyac yox idi – baxış yetərliydi. Uşaq səhər yuxudan duran kimi atasını axtarırdı, ana hər kəsi süfrə başına yığırdı. Axşamlar günün necə keçdiyi danışılır, uzun söhbətlər olurdu. İndi hər kəs öz otağına çəkilib, öz ekranına baxır. Bir evin içində mesajla ünsiyyət qurur bu günün ailəsi. Tənhalıq artıq tək olanların deyil, birlikdə yaşayanların da problemidir.
1990-cı illərdə ailələr birlikdə gün ərzində ortalama 90 dəqiqə danışırdı, indi bu rəqəm 35 dəqiqəyə düşüb.
Oksford Universiteti tədqiq edib bunu.

Valideyn-övlad münasibətləri də dəyişib. Bir vaxtlar ata-ana sözləri mütləq idi, nəsihətlər həyatın yol xəritəsi kimi qəbul olunurdu. İndi isə valideynlər övladları ilə dost olmaq istəyir. Uşağın isə ailədə dostdan qabaq anaya, ataya ehtiyacı var.

Uşaqlar evin içində deyil, ekranların arxasında böyüyür. Eyni evdə fərqli dünyalar qururuq.

Dostluqlar da mahiyyətini dəyişib. Bir vaxtlar dostluq illərlə formalaşır, sınaqlardan keçirdi, indi isə virtual dünyada baş verir hər şey. Çünki artıq heç kimin heç kimə izah edəcək bir şeyi yoxdur. Artıq getməyin səbəbləri belə deyilmir, çünki sükut daha asan həll edir bunu. İtirdiyimizi anlayana qədər susuruq. Sonra artıq danışmağın da mənası qalmır. Sosial mediada dostlarımızın şəkillərinə “super görünürsən” yazırıq, emojilər göndəririk, nə hiss etdiklərini isə soruşmuruq.

Bir vaxt küçədə saatlarla söhbət edən insanlar indi bir-birinin həyatını virtual izləməklə kifayətlənir. Çünki bu günün insanı klassik anlamda dostluqdan çox görünməyə önəm verir. Həqiqi dostluq isə görünmək yox, hiss edilməkdir. Dostluq artıq eyni stol arxasında oturub gülmək deyil, eyni paylaşımın altında şərh yazmaqdır. Paylaşım çoxdur, paylaşmaq az.

Virtual dünyada min dostun olar, bəs darıxanda zəng vurmağa neçə adam tapırsan? Kim səni gerçəkdən dinləyir?
İsveçdə aparılan bir araşdırmaya görə, geniş sosial şəbəkəyə sahib insanlar real həyatda özlərini tənha hiss edirlər.

Sevgi gözləməkdir: bir insanın gəlişini, bir mesajın cavabını, bir toxunuşun icazəsini gözləmək. Əvvəllər belə idi. Hər şeyin öz axarı, öz ritmi vardı. Sevgi zamanla yayılırdı, böyüyürdü, dərinləşirdi. İndi sevgi “bir baxışla, toxunuşla seçim etmək” olub, əlavə enerji tələb edən bir şeyə çevrilib. "Flirt" etməyə (xoş münasibət qurmağa can atmaq deyərdim buna) zaman yoxdur, çünki bunun üçün rahat tətbiqlər var: Bumble, Tinder, Hinge. İnsanlar artıq real həyatdakı cazibəni deyil, profildə yazılan keyfiyyətləri axtarır. Əvvəllər tanışlıq üçün cəsarət lazım idi, indi profil təsdiqlənməsi kifayətdir.

Sevgi indi az risk, çox qazanc gətirən biznes kimidir. Həmişə başqa bir seçim var. Münasibətlərin davamlılığı qeyri-müəyyəndir, çünki “Bəlkə də, daha yaxşı biri var” sualı hər kəsi sınağa çəkir. Bağlılıq risk, azadlıq isə rahatlıq kimi görünür. Sosial media sonsuz ehtimalları əlçatan edib – yanındakı insan belə alternativlərin içində itib gedir. Seçmək azadlığı itirmək kimi hiss olunur.

İnsanlar artıq kiməsə bağlanmaq istəmir, çünki bu münasibət içində dəyişmək, uyğunlaşmaq, kompromisə gəlmək özündən imtina kimi hiss olunur, başa düşülür. Birlikdə olmaq üçün yox, təkliyin səsini azaltmaq üçün görüşürük.

İnsanlar artıq süni intellektlə ünsiyyət qurur, robotlarla danışır. Çünki süni intellekt mübahisə etmir, küsmür, incimir. Onlar daha səbirli, daha anlayışlı, daha “insan” kimidirlər. “Google Aİ”nin araşdırmasına görə, 2035-ci ilə qədər süni intellektlə dostluq, hətta romantik münasibətlərin yayılması ehtimalı 65 faizdir. Bu, təəccüblü deyil. Çünki insanlar bir-birlərindən anlayış gözləsələr də, bunu bir-birlərinə vermirlər. Bu halda süni intellekt daha mükəmməl görünür, çünki o, səndən heç nə istəmir.

Biz insan münasibətlərinin mürəkkəbliyindən yorulmuşuq. Sevgini, dostluğu, ünsiyyəti belə sadələşdirməyə çalışırıq. Amma sevgi həmişə çətin olub, ona görə də dəyərli idi.

Bəs gələcəkdə sevgi necə olacaq? Bir-birimizə mesaj yazaraq sevgimizi ifadə edəcəyik, yoxsa sadəcə, süni intellektin hazırladığı romantik cümlələrə güvənəcəyik? Dostlarımız bizi dinləyən insan əvəzinə, duyğularımızı analiz edən proqramlara çevriləcək?

Bəlkə, artıq bir-birimizə danışmaq üçün yox, cavab almaq üçün yazırıq?

Bəlkə, ünsiyyət artıq əlaqə yaratmaq deyil, sükutun ağırlığını yüngülləşdirməkdir?

Bəlkə, dostluq daha etibar deyil, məlumat mübadiləsidir?

Bəlkə, bağlılıqdan qaçmaq bizi azad etmir, daha böyük boşluğa sürükləyir?

Bəlkə, sevginin gələcəyi artıq proqramlaşdırılıb, biz isə hələ də onu axtardığımızı düşünürük?

Bəlkə, biz artıq real münasibətlərdən bezmişik, onları daha sadə, daha “effektiv” bir şeylə əvəz etmək istəyirik?

Bəlkə, biz robotlaşırıq, amma bunu qəbul etmək istəmirik?

Səsin sükutu pozan era bitdimi? Üzümüz əbədi sükunətəmi doğrudur?

Bu suallara cavabım yoxdur. Bəlkə, elə buna görə mən hələ də insana, onun səsinə, isti nəfəsinə, sevgi dolu ünsiyyətinə inanıram.

8-ci kilometrin küçələrində dava eləmək üçün adam axtarırdıq - Kamal Abdulla Azərbaycanda müğənni 64 yaşlı kişini döydü Tapdığın avtobusu - Tağı Türkün hekayəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see222

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see187

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see170

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see169

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see164

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see142

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see139

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see134

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see132

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see130

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see128

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see127

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see121

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see120

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see120

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see119

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see119

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see117

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri