Süni intellektlə yaradılan ifaçılar “Spotify”da xüsusi nişanla göstəriləcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Stokholm, 11 avqust, AZƏRTAC
İsveçin musiqi yayımı üzrə nəhəngi “Spotify” süni intellektdən istifadə etməklə yaradılan ifaçıları xüsusi “AI-persona” nişanı ilə işarələməyə başlayacaq. Yeni nişan istifadəçilərə virtual ifaçıları real musiqiçilərdən fərqləndirməyə kömək etmək və şirkətin bildirdiyinə görə, platformanı daha şəffaf və etibarlı etmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, süni intellekt nişanı mobil tətbiqdə ifaçının profilində, axtarış nəticələrində və pleylistlərdə mahnıların yanında göstəriləcək. Yeni sistemin genişmiqyaslı tətbiqinə sentyabrın ortalarında başlanılması planlaşdırılır.
“Spotify” daha əvvəl “Verified by Spotify” sistemini işə salmışdı. Bu sistem çərçivəsində musiqiçilər sosial şəbəkələrdəki fəaliyyətləri və öz məhsullarının, o cümlədən brend məhsullarının (merch) mövcudluğu kimi vasitələrlə real insan olduqlarını özləri təsdiqləməli idilər. Lakin bu təşəbbüs tənqid olunmuşdu. Süni intellektlə yaradılan musiqi üzrə ekspert və müəllif hüquqlarının müdafiəçisi Ed Nyuton-Reks bildirib ki, belə yanaşma müəyyən edilmiş meyarlara uyğun gəlməyən real ifaçıları əlverişsiz vəziyyətə sala bilər.
İndi “Spotify” süni intellekt profillərini müəyyənləşdirmək üçün həm mütəxəssislərin yoxlamasından, həm də süni intellektə əsaslanan vasitələrdən istifadə etməyi planlaşdırır. İfaçılar da profillərinin “AI-persona” olduğunu özləri qeyd edə biləcəklər. Profil avtomatik olaraq işarələndiyi halda, profil sahiblərinə bu statusu təsdiqləmək və ya qərardan şikayət etmək imkanı veriləcək.
Yeni sistem “Spotify”ın tövsiyə alqoritmlərinə də təsir göstərəcək. “AI-persona” kimi işarələnmiş ifaçılar istifadəçi onları özü izləmədiyi halda redaksiya və fərdiləşdirilmiş tövsiyələrdə göstərilməyəcək.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Baxış sayı:83
Bu xəbər 11 Avqust 2026 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















