Süni intellektlə yaradılan seksual görüntülər cinayət sayılacaq
Icma.az, Modern.az saytına istinadən bildirir.
Süni intellekt vasitəsilə insanların pornoqrafik və seksual məzmunlu görüntüsünü yaratmaq və yaymaq cinayət hesab ediləcək.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik haqqında qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur. Həmin dəyişikliklərə görə, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması, həmçinin pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanaraq yayılması cinayət məsuliyyəti yaradacaq.
Bununla yanaşı, layihə ilə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma da müəyyənləşdirilir. Dəyişikliyə əsasən, bu əməllərlə bağlı cinayət təqibi qanunvericilikdə nəzərdə tutulan qaydada, zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçiriləcək.
Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Baxış sayı:177
Bu xəbər 21 Aprel 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















