Icma.az
close
up
RU
Süni zəka təqlid, insan isə hiss edir: bəs ruhu kim yaradacaq?

Süni zəka təqlid, insan isə hiss edir: bəs ruhu kim yaradacaq?

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nəzrin ABBASLI
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Texnologiya həyatımıza daxil olduqca üstünlüklər qazandıq, amma fərqinə varmadan bəzi dəyərlərimizi də itirdik və tədricən özümüzə yadlaşdıq. Süfrə başında edilən səmimi söhbətləri şüşə ekranlar əvəzlədikcə insanlar susdular. Uzun dialoqların yerini qısa simvollar aldı. Hisslərimizi danışmaq əvəzinə ya susduq, ya da sosial platformalardakı "maskalı obrazlar"la çatdırdıq. Halbuki danışsaydıq, bəlkə də, hər şey yerində olardı...

Zaman keçdikcə heç kim heç kimi dinləmədi, anlamadı, duymadı. Amma hamı dinlənilmək və anlaşılmaq istədi. Bu ehtiyacların qarşılığında isə avtomatik şablon reaksiyalar yarandı. Uzaqlıqdan doğan doğmalıq insanı yad bir varlığa bağlayaraq, tədricən insanlıqdan uzaqlaşdırdı. Artıq elə məqam gəlir ki, insan hisslərini daşıya bilmir, onları ruhsuz, dərinliyi olmayan güzgüyə ? süni zəkanın "soyuq, cansız dünyasına" etibar edir.

Özünə yadlaşan insan ən dərin duyğularını dayaz bir alqoritmə tapşırır. Bu acı reallıq davam edəcək kimi görünür. O halda sual doğur: sənət hansı astanadadır? Süni zəka musiqi bəstələyir, şeir yazır, əsər yaradır. Bir vaxtlar xüsusi istedad tələb edən yaradıcılıq indi hər kəs üçün əlçatan olub. İnsanların təxəyyülündə yaratmağa çalışdıqları obraz və dizaynları alqoritmlər reallaşdırır.

Məsələn, 2016-cı ildə yaradılan "The Next Rembrandt" layihəsi süni intellektin sənət dünyasına gətirdiyi ən məşhur və səs-küylü nümunələrdən biridir. Bu layihənin əsas məqsədi niderlandlı dahi rəssam Rembrandtın stilini, texnikasını və fırça vuruşlarını təqlid edərək tamamilə yeni bir portret yaratmaq idi və buna nail olundu da. Tamaşaçı bu rəsmə baxanda onu həqiqətən də Rembrandtın əl işi zənn edə bilərdi. "The Next Rembrandt" layihəsi sənət, texnologiya və yaradıcılıq anlayışlarının yenidən müzakirələrə səbəb oldu: "Süni intellektin yaratdığı əsər sənət hesab oluna bilərmi?" ?sualını ortaya çıxardı.

Həmçinin, "Edmond de Belamynin Portreti" adlı əsər süni intellektin yaratdığı və hərracda satılan ilk rəsm kimi tanınır. Fransız sənət kollektivi olan "Obvious" tərəfindən yaradılan bu əsər "Generative Adversarial Network" adlanan bir alqoritmin köməyi ilə 14-cü əsrdən 20-ci əsrə qədər olan 15 min portretin məlumatlarından istifadə edilərək yaradılıb. Əsər 2018-ci ildə 432,500 ABŞ dollarına satılıb.

Süni intellektin bəstələdiyi musiqilərə ən yaxşı nümunələrdən biri "Amper" adlı layihədir. Bu proqram istifadəçinin verdiyi göstərişlərə (məsələn, "pop" "hip-hop) əsasən qısa müddətdə orijinal musiqi parçaları yarada bilir.

Süni intellektin sənəti bu cür "dekorativləşdirməsi" müsbət cəhət olsa da, əslində bu, sənətin dərinliyini və unikal ruhunu itirməsi riskini yaradır bir nöqtədə. O, insanın düşüncələrini təqlid edən bir güzgü rolunu oynayır və insan onun üçün bir məlumat bazası funksiyası daşıyır. Amma travmalar, kədər və sevgi kimi hisslər təkrar edilə bilməyəcək qədər unikaldır. Sənəti yaradan əsas səbəblər daxili çətinliklər, orijinallıq, fərdi təcrübələr və travmatik yaşantılardır. Məhz bu xüsusiyyətlər sənəti ölməz edir. Bütün sənət növlərinin ruhunda insan nəfəsi, həyəcandan titrəyən əlin təması, unudulmamaq, iz buraxmaq, əbədiyyəti arzulayan fanilik duyğusu var. Sənət daxili mübarizələri, ziddiyyətləri və travmaları incə bir ruha, gözəlliyə çevirən prosesdir.

"Söz dayanmış zaman formasıdır, ona görə mən sözümü əbədiyyətə hesabladım", - deyən Rüstəm Behrudinin bu fikri zamansız bir fəlsəfi baxışa çevrilib, bu həqiqətləri xatırladır. Ədəbiyyatı və incəsənəti ölməz edən bəlkə də bu daxili təlatümlər, iz qoymaq istəyi və yaşanmış insan hissidir.

Mikayıl Müşfiq həyatdan doymayanda, əsrin tufanı onu dərdlərlə yaralayanda da bütün bu çətinliklər və həyəcanlar misralara köçmüşdü. Yaşamaq ehtiyacı, qalmaq arzusu beləcə minlərlə şeirdə əbədiləşdi. Xəlil Rza Ulutürk həbsdə olarkən özünə ümid və kədərin qovuşduğu bir inamla xitab edirdi: "Xəlil, sən qayasan, dərdə dözərsən..."

Ələkbər Tağıyev "Sən gəlməz oldun" mahnısını dərin kədərin və ağrının qovuşağından süzülən duyğularla bəstələmişdi. Həmçinin, şeirlər də ümidin kədərlə birləşdiyi nöqtədə doğulur.

"Ölə-ölə yazmıram, yaza-yaza ölürəm", - deyən Məmməd Arazın cismani çöküşü, xəstəliyinin misralarla ölməzliyə çevrilməsi onu əbədiləşdirən məfhum idi.

Süni intellekt isə sadəcə bir təqlidçidir. Daxili çətinliklər və iz qoymaq qorxusu onu narahat etmir. O, insan ehtiyaclarını təmin edir. Onu əbədiyyətə və yaşamağa sövq edən heç bir daxili səbəbi yoxdur. Bəziləri "Süni intellekt musiqi bəstələyir, şeir, hekayə yazır, deməli, o da sənət yaradır", ? deyə düşünür. Amma sənət sadəcə struktur deyil. Sənət ən dərinlərdə təcəssüm edən hisslərin ruhudur, izidir. Hər zaman bir səbəb hisslərin doğulmasına vadar edir; hər zaman bir ehtiyac insanı yaratmağa meyilləndirir: kədər, sevgi, nifrət, həsrət və digər duyğular. Tanrının səxavətlə, əliaçqılıqla, insan olma hissini yaşamaq üçün verdiyi nemətlər: insanı insan edən də bu vadarlıqlardır. Süni intellekt yarada bilər, ancaq insanın daxilində təzahür edən dərin duyğuları duya biləcək qədər təsirli ruh yarada bilməz.

Sənət sadəcə iz qoymaq və yaratmaq deyil. Sənət ölümlə yaşam arasında doğulan melanxoliyanı varlıqla birləşdirmək mübarizəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri