“Super əvəzedici” bu dəfə də İspaniyanı qələbəyə daşıdı Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
İspaniya millisi Millətlər Liqasında Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.
“Qafqazinfo” xəbər verir ki, qələbənin əsas qəhrəmanı isə ehtiyat oyunçular skamyasından meydana daxil olan Mikel Merino olub.
Luis de la Fuentenin komandası ardıcıl 11-ci qələbəsini qazanmaq üçün meydana çıxsa da, 17-ci dəqiqədə İvan Perişiçin baş zərbəsi ilə vurduğu qoldan sonra hesabda geri düşüb. İlk hissədə Xorvatiya daha inamlı təsir bağışlayıb.
Fasilədən sonra üstünlüyü ələ keçirən İspaniya 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Dani Olmonun ötürməsindən sonra Merino dəqiq zərbə ilə topu tora göndərib.
Xorvatiya az sonra azlıqda qalıb. 37 yaşlı Perişiç Mark Kukurelyaya qarşı qayda pozuntusuna görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Matçın başa çatmasına iki dəqiqə qalmış isə Merino “Arsenal”dakı komanda yoldaşı Martin Subimendinin ötürməsindən sonra möhtəşəm zərbə ilə ikinci qolunu vuraraq İspaniyaya qələbə qazandırıb.
Bu nəticə ilə İspaniya A Liqasının 3-cü qrupunda liderliyini möhkəmləndirib və İngiltərəni üç xal qabaqlayır. İngiltərə son oyununda Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 07 Oktyabr 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















