Icma.az
close
up
RU
Super Mario oyunudur, sanki... Piyada hərəkətini stimullaşdırmaq üçün baryerlər qaldırılmalıdır

Super Mario oyunudur, sanki... Piyada hərəkətini stimullaşdırmaq üçün baryerlər qaldırılmalıdır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün bütün piyadaların narazı qaldığı səki probleminə toxunacağam. Məsələn; nəqliyyatın hərəkət yoluna keçməmək üçün səki ilə getməyə çalışırsan, bir də baxırsan qarşında bir elektrik dirəyi var. Onu birtəhər keçirsən, yola davam etmək istəyirsən, bu dəfə qarşına qaz boruları çıxır. Onu da keçdin, bu dəfə ağaclar piyada səkisində səni qarşılayır. Biri mağazasının məhsullarını, biri kafesinin reklam lövhəsini səkiyə yığır. Sanki, səki onun şəxsi ərazisi imiş kimi... Danışa da bilmirsən, hansına danışasan?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, səki problemi demək olar ki, ümumrespublika problemidir və bununla bağlı ciddi tədbirlər görülməlidir.

Rauf Ağamirzəyev

“Səkidə hərəkət edən, hərəkət iştirakçısı piyadadır və piyadalar da şəhərin ən qorunmayan üzvüdür. Onların şəraiti yarandıqca piyada hərəkət edənlərin sayı çoxalır. Qısa məsafədə məhz piyada hərəkətini stimullaşdırmaq üçün piyada səkilərinin üzərində olan baryerlər aradan qaldırılmalıdır. Eyni zamanda standartlarda müasir yanaşmaları müasir tələbləri qoymaq lazımdır.

Küçə tikiləndə çox funksional küçənin piyada səkisi necə olmalıdır, hansı standartlara cavab verməlidir və eni nə qədər olmalıdırsa, bu dəyişikliklər vaxtında müəyyən edilməlidir. Təəssüflər olsun ki, bizdə vəziyyət yaxşı deyil.

Küçənin müasir reallığı əsasən bufer zonası olmalıdır. Bufer zonada işıq dirəyi, ağaclar və yol nişanları yerləşdirmək mümkün olmalıdır və ondan sonra tranzit zona olmalıdır. Tranzit zonadan sonra məhz hərəkətdə olan hissə, yeni piyadaların hərəkət etdiyi hissə olmalıdır. Sonra yenə bufer zona və o bufer zonadan sonra qalan sahələrdə küçə boyu olan obyektlərin, iaşə obyektlərinin və restoranların terası yerləşdirilə bilər. Amma bufer zonanı keçməmək şərti ilə, yəni insanların bir-birinə mane olmadan hərəkəti təmin olunmalıdır.

Digər məsələ piyada səkilərinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsinin qarşısının alınması məsələsidir. Dünyada belə bir təcrübə var ki, dayanacaq və parkinq yerlərinin ayrılması üçün anticiblər qoyulur. Bizdə cib praktikası var, avtobus gəlir və o cür girməli və dayanmalıdır. Bunun əksini edirlər. Anticiblər dayanacağın başlanğıc və bitiş nöqtəsini müəyyən edir. Bunlar bir-birinə mane olmadan təşkil olunur. Belə olduğu halda həm piyadalar və dayanacaqda gözləyən sərnişinlər üçün təhlükəsizlik təmin edilmiş olur, həmçinin də avtobus da rahat yan ala bilir.

Digər praktika odur ki, avtobus dayanacaqlarının yerləşdiyi yerlərdə kassel bardyorları qoyulur, bu da inklüzivliyi standartlarına maksimum riayət etmək üçün çox gözəl bir həlldir. Bu, avtobus təkərlərin maksimum dayanacağa yaxınlaşmasını təmin edir. Həmçinin də müasir avtobuslar aşağı gövdəli olduğundan və bu növ səki daşları qoyulanda aradakı fərq belə minimumlaşır və rahat keçidi təmin edir”-deyən nəqliyyat eksperti qeyd edib ki, bu mənada birinci səkilər təftiş olunmalıdır.

Rauf Ağamirzəyev vurğulayıb ki, problemlər fərqli ola bilər.

“Köşkün yanında qoyulmuş soyuducuların onların götürülməsi çox qısa zamanda təşkil oluna bilər. Səkini zəbt edən piştaxtalar da tez aradan qaldırıla bilər. Digər məsələlər vaxt ala bilər. Bunların da qanuna müvafiq şəkildə həllini təmin etmək olar. Cəmiyyət olaraq biz hamımız bu məsələləri birinci sosial media və fərqli platformalarda işıqlandırmalıyıq. Eyni zamanda bunu rəsmi dövlət qurumlara rəsmi yazmaqla da məlumatlandırıb tələb edə bilərik. Bu da məsələnin ciddiliyini, vacibliyini bir daha qabartmış olacaq”-deyən nəqliyyat eksperti bildirib ki, səki məsələsi həm də təhlükəsizlik və vərdiş məsələsidir, tez-tez səslənən piyada məsuliyyəti anlayışına birbaşa təsir edən məsələdir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri