Superkompüter İngiltərə Premyer Liqasında cari mövsümün çempionunu açıqlayıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Britaniyanın "Opta" analitika şirkətinin superkompüteri cari mövsümdə "Liverpul"un İngiltərə Premyer Liqasının cari mövsümünün qalibi olacağını proqnozlaşdırıb.
Oxu.Az xəbər verir ki, "qırmızılar"ın İngiltərə çempionu olma ehtimalı 69.5%-dir. "Opta" qeyd edib ki, "Mançester Siti"nin bu turdakı məğlubiyyəti, "Liverpul"un isə qələbəsi Arne Slotun komandasının şansını 9.2% artırıb.
Xosep Qvardiolanın komandasının mövsümü birinci yerdə bitirməsi ehtimalı getdikcə daha da əriyərək 23.3%-ə düşüb:
"Şəhərlilər"in şansları azalır. 2024-25 mövsüm başlamazdan əvvəl 82.2%-dən 11-ci tur sonunda 34.3%-ə düşən göstərici indi "Opta" superkompüterinin son simulyasiyalarında 23.3%-ə enib. Bu, 11% azalma deməkdir".
Bundan başqa, superkompüter "Arsenal"ın şansını 6.5% (+1.5%), "Çelsi"nin isə 0.6% (+0.3%) qədər dəyərləndirib.
Şirkət vurğulayıb ki, superkompüter mövsümü 10 000 dəfə modelləşdirir və hər komandanın titulu qazandığı bu simulyasiyaların payını hesablayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Noyabr 2024 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















