Icma.az
close
up
RU
Superkubok hansı format əsasında keçiriləcək?

Superkubok hansı format əsasında keçiriləcək?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə futbol mövsümünün başa çatmasına çempionatda 6 tur, ölkə kubokunda cəmi 1 oyun qalmasına baxmayaraq, superkubokda hansı klubların qarşılaşacağı və bu turnirin hansı formatla oynanılacağı hələ də bəlli deyil.
"Football-plus.az" xəbər verir ki, bu mövsümə qədər superkubok uğrunda oyunda, adətən, ölkə çempionu ilə ölkə kubokunun qalibi qarşılaşırdı. Hər iki turnirdə eyni qalib olduqda kubokun finalçısı superkubokda oynamaq haqqı qazanırdı. Amma Türkiyə Futbol Federasiyasının əvvəlki rəhbərliyi superkubokda formatın dəyişəcəyini və bu turnirin 4 klubun iştirakı ilə keçiriləcəyini açıqlamışdı. Bu qərar ötən il iyunun 13-də Mehmet Büyükekşinin başqanlığı dönəmində rəsmən ictimaiyyətə açıqlanmışdı. Orda qeyd olunmuşdu ki, 2023/24-ün superkuboku əvvəlki formatla keçirilən son turnir olacaq. 2024/25-dən etibarən format dəyişəcək və superkubok uğrunda ölkə çempionu, 2-ci yerin sahibi, ölkə kubokunun qalibi və kubokun finalçısı olmaqla 4 komanda mübarizə aparacaq.
Maraqlıdı ki, bu açıqlamadan bir ay sonra, daha dəqiqi, iyulun 18-də federasiyada növbədənkənar seçki keçirildi və İbrahim Hacıosmanoğlu yeni başqan seçildi. Onun prezident seçilməsinin üzərindən artıq 9 aydan çox vaxt keçib. Amma hələ də dəyişikliklə bağlı hansısa xəbər yoxdu. Mövsümün əvvəlində, adətən, TFF tərəfindən hər turnirin formatı ayrı-ayrılıqda açıqlanır. Bu mövsümkü superkubok da əvvəlki formatla göstərilmişdi. Yəni bu gün etibarilə vəziyyət belədi ki, “Qalatasaray” hər iki turnirin qalibi olsa, “Trabzonspor” superkubokda da oynayacaq. Yəni “Qalatasaray”la “Trabzonspor”un duelini həm kubokun finalında, həm də superkubokda izləyəcəyik.
Bəs TFF əvvəlki rəhbərliyin qərarını həyata keçirəcəyi və yeni format qüvvəyə minəcəyi təqdirdə vəziyyət necə olacaq? Belə olacağı halda artıq üç klubun superkubokda iştirakı dəqiqdi. Çünki superliqanı ilk iki pillədə tamamlayan klublar bəllidi. Söhbət “Qalatasaray”la “Fənərbaxça”dan gedir. “Trabzonspor” isə kubokun finalçısı kimi superkuboka qatılacaq. “Qalatasaray”ın həm çempionatda ilk “2-lik”də qərarlaşması, həm də kubokda iki finalçıdan biri olması üzündən superkubokun digər iştirakçısı isə Türkiyə çempionatında mövsümü 3-cü pillədə bitirən komanda olacaq. Superkubokda yarımfinaldakı mümkün cütlər də, demək olar, bəllidi. Yeni formata görə yarımfinalda superliqanın çempionu kubokun finalında məğlub olan komanda ilə, superliqanın ikincisi isə kuboku qazanan komanda ilə qarşılaşacaq.
Yəni “Qalatasaray” superliqanı qazansa, kubokun finalının nəticəsindən asılı olmayaraq, yarımfinalda “Fənərbaxça” “Trabzonspor”la qarşılaşacaq. Digər cütdə isə “Qalatasaray” mövsümü 3-cü yerdə bitirən kollektivlə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri