Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Superkubokda ilk qələbəni PSJ, yoxsa “Tottenhem” qazanacaq?

Superkubokda ilk qələbəni PSJ, yoxsa “Tottenhem” qazanacaq?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu gün avrokubokların 2025/26 mövsümündə ilk qalib müəyyənləşəcək: İtaliyanın Udine şəhərində Avropa Superkuboku (AS) oyunu keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, ümumilikdə 50-ci olacaq dueldə PSJ və “Tottenhem” qarşılaşacaq.
Avropa Superkuboku
PSJ (Fransa) - Tottenhem (İngiltərə)

Hakim və köməkçiləri: Joao Pineyro, Bruno Alveş Jezuş, Lusiano Mayya (hamısı Portuqaliya), Elçin Məsiyev (Azərbaycan).
VAR hakimləri: Fabio Melo, Tyaqo Martinş (hər ikisi Portuqaliya), Pol van Boekel (Niderland).
Cəzalı: Joao Neveş (PSJ).
Avrokuboklarda qarşılaşmayıblar
13 avqust. Udine (İtaliya), “Friuli” stadionu.
PSJ Fransada ilkə imza ata bilər
İndiyədək heç bir komanda AS-də qalib gəlməyib. PSJ ötən mövsüm Çempionlar Liqasında (ÇL) ilk dəfə qalib gəlib. Luis Enrikenin komandası mayın 31-də Münhendə keçirilən finalda “İnter”i 5:0 hesabı ilə məğlub edib. Parislilər tarixində 2-ci dəfə AS-də oynayacaqlar. Bu avrokubokda ilk dəfə 1997-ci ildə çıxış edən PSJ-nin debütü çox uğursuz alınıb. Qeyd edək ki, onda UEFA superkubokunun qalibi iki oyunluq mübarizədə müəyyənləşirdi. Evdə “Yuventus”a 1:6 hesabıyla uduzan paytaxt klubu İtaliyadakı cavab görüşündə 1:3 hesablı məğlubiyyətdən qaça bilməyib. İki oyunun ümumi nəticəsinə əsasən, rəqibinə 7 top fərqi ilə boyun əyən PSJ turnirin tarixinə ən böyük hesabla uduzan klub kimi düşüb.
Paytaxt təmsilçisi AS matçında iştirak edən yeganə Fransa klubudu. PSJ-nin Udinedə qalib gələcəyi halda Fransanın superkuboku qazanan 13-cü ölkə olacağını da qeyd edək.
Parisliləri 2023-cü ildən çalışdıran Luis Enrike ilə bağlı faktlar daha cəlbedicidi. O, superkuboku oyunçu və məşqçi kimi başı üzərinə qaldıran 5 futbol adamından biridi. Luis Enrike bu planda Karlo Ançelotti, Xosep Qvardiola, Dieqo Simeone və Zinəddin Zidanın sırasına daxildi. 55 yaşlı ispaniyalı 1997-ci ildə “Barselona”nın futbolçusu, 2015-ci ildə isə baş məşqçisi kimi sevinib. Luis Enrikenin Avropada Qvardioladan sonra mövsümü iki dəfə “trebl” ilə başa vuran ikinci məşqçi olduğunu da vurğulayaq. O, ilk dəfə 2014/15 mövsümündə “Barselona” ilə “qızıl het-trik” edib.
AS-də debüt
“Tottenhem” bu turnirdə ilk dəfə çıxış etmək hüququ qazanıb. İngiltərə təmsilçisi superkubok uğrunda yarışacaq 42-ci klub olacaq. Xatırladaq ki, paytaxt komandası ötən mövsüm Avropa Liqasının (AL) finalında “Mançester Yunayted”dən üstün olub. Mayın 21-də İspaniyanın Bilbao şəhərində keçirilən finalda Brennan Consonun vurduğu yeganə qol “Tottenhem”ə tarixində 4-cü dəfə avrokubokun qalibi olub. Qeyd edək ki, londonlular 142 illik tarixində 3 dəfə AL-də (UEFA Kubokunda), 1 dəfə isə Kuboklar Kubokunda qalib gəliblər. Artıq AL-də qələbə sayına görə “Atletiko”, “İnter”, “Yuventus” və “Liverpul”a çatan paytaxt təmsilçisi yalnız rekordçu “Sevilya”dan (7 qələbə) geri qalır.
“Tottenhem” İngiltərənin AS-də iştirak edəcək 8-ci təmsilçisi olacaq. Bu yeni rekorddu. İndiyədək bu turnirdə İtaliya və İspaniyanın hərəyə 7 klubu iştirak edib. “Tottenhem” PSJ-yə üstün gələcəyi halda İngiltərənin 7-ci qalib komandası olacaq. “Futbolun vətəni”ni uğurla təmsil edənlərin “Liverpul”, “Nottingem Forest”, “Aston Villa”, “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti” olduğunu da xatırladaq.
Ümumiyyətlə, İngiltərə klubları indiyə qədər 20 Superkubok matçına çıxıb və 10 dəfə qalib gəliblər. Adalılar hər iki göstəricidə 32 oyun və 17 qələbə ilə İspaniyadan geri qalırlar. Maraq üçün premyer-liqa təmsilçilərinın AS-in son 6 oyunundan üçündə qalib gəldiyini də bildirək.
“Tottenhem” 41 ildən sonra qitə arenasında ilk uğurunu qazanıb. Paytaxt komandası UEFA Kubokunda 1971/72 və 1983/84 mövsümlərində də qalib gəlmişdi. “Mahmızlar”ın tarixində sonuncu titulunu İngiltərə Liqa Kubokunun 2007/08 mövsümündə qazandıqlarını da xatırladaq. Amma bu da var ki, londonlular daxili yarışlarda fiaskoya uğrayıblar. Komandanın premyer-liqanı 17-ci yerdə başa vurması rəhbərliyi baş məşqçi vəzifəsinə 2023-cü ildə təyinat alan Angelos Postekoğlunu istefaya göndərməyə vadar edib. Yunanıstanda doğulsa da, ömrünün çox hissəsini Avstraliyada keçirən 59 yaşlı mütəxəssisi yerini Tomas Frank tutub. Başqa sözlə, “Brentford”dan dəvət edilən 51 yaşlı danimarkalı çalışdırıcının rəsmi debütü məhz AS-in PSJ ilə oyununa təsadüf edəcək.
Avropada ikinci vacib oyun
Superkubok matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Udine şəhərindəki “Friuli” stadionu uzun illər oyuna səhnə olan Monakodan təşkilatçılıq hüququ alınandan sonra matçın keçiriləcəyi 13-cü arena olacaq. Son illər ÇL və AL-in qaliblərinin duelləri Praqa, Kardiff, Tiflis, Tronheym, Skopye, Tallin, İstanbul, Budapeşt, Belfast, Helsinki, Pirey və Varşavada baş tutub.
Bu dəfə diqqətlər Udine şəhərinə yönələcək. “Udineze”nin rəqiblərini qəbul etdiyi “Friuli” 25144 yerlikdi. 1976-cı ildə istifadəyə verilən idman qurğusunda 1990-cı və 2013-16-cı illərdə yenidənqurma işləri görülüb. “Friuli” gənclər arasında AÇ-2019-un final mərhələsinin oyunlarını qəbul edən 6 stadiondan biri olub. Qitə çempionatının finalı da daxil olmaqla 4 oyununun həyəcanı bu arenada yaşanıb. Başqa sözlə, “Friuli” Avropa futbolunda ikinci vacib oyunu qəbul edəcək.
Maraqlıdı...
ÇL-in (Çempionlar Kubokunun) qalibləri Avropa Superkubokunda indiyədək baş tutan 49 dueldən 29-nu qələbə ilə başa vurublar. AL-in qalibi kimi titula sahib çıxan sonuncu komanda “Atletiko” olub. Madridlilər 2018-ci ildə həmyerliləri “Real”a 4:2 hesabıyla qalib gəliblər.
Avropa Superkubokunun statistikası
Klublar üzrə
qələbə

6 - Real
5 - Barselona, Milan
4 – Liverpul
3 – Atletiko
2 – Anderlext, Ayaks, Bavariya, Valensiya, Çelsi, Yuventus
iştirak
9 – Barselona, Real
7 - Milan, Sevilya
6 – Liverpul
5 - Bavariya, Çelsi
4 – Mançester Yunayted, Portu
3 – Atletiko, Ayaks
Ölkələr üzrə
qələbə

17 – İspaniya (Real – 6, Barselona – 5, Atletiko – 3, Valensiya – 2, Sevilya - 1)
10 – İngiltərə (Liverpul – 4, Çelsi - 2, Aston Villa, Mançester Yunayted, Mançester Siti, Nottingem Forest - 1)
9 – İtaliya (Milan – 5, Yuventus – 2, Latsio, Parma - 1)
iştirak
32 - İspaniya (Barselona, Real - 9, Sevilya – 7, Atletiko – 3, Valensiya – 2, Saraqosa, Vilyarreal - 1)
20 - İngiltərə (Liverpul – 6, Çelsi - 5, Mançester Yunayted - 4, Nottingem Forest – 2, Arsenal, Aston Villa, Mançester Siti - 1)
14 - İtaliya (Milan – 7, Yuventus – 2, İnter, Latsio, Parma, Sampdoriya, Atalanta - 1)
Oyunçular üzrə
qələbə

5 - Daniel Karvaxal (Real – 2014, 2016, 2017, 2022, 2024), Luka Modriç (Real – 2014, 2016, 2017, 2022, 2024)
4 - Daniel Alveş (Sevilya – 2006, Barselona – 2009, 2011, 2015), Paolo Maldini (Milan – 1989, 1990, 1994, 2003), Kərim Benzema (Real – 2014, 2016, 2017, 2022), Toni Kroos (Bavariya – 2013, Real – 2014, 2017, 2022)
iştirak
6 - Daniel Karvaxal (Real - 2014, 2016, 2017, 2018, 2022, 2024), Luka Modriç (Real - 2014, 2016, 2017, 2018, 2022, 2024),
5 - Daniel Alveş (Sevilya – 2006, 2007, Barselona – 2009, 2011, 2015), Kərim Benzema (Real – 2014, 2016, 2017, 2018, 2022), Toni Kroos (Bavariya – 2013, Real – 2014, 2017, 2018, 2022), Paolo Maldini (Milan – 1989, 1990, 1993, 1994, 2003)
oyun
8 - Alessandro Kostakurta, Roberto Donadoni (hər ikisi “Milan”)
7 - Paolo Maldini, Daniele Massaro, Mauro Tassotti (hamısı “Milan”)
6 - Franko Barezi (Milan), Ari Haan (Ayaks, Anderlext), Daniel Karvaxal, Luka Modriç (hər ikisi “Real”)
qol
3 - Oleq Bloxin (Dinamo K), Devid Feyrklaf, Terri Makdermott (hər ikisi “Liverpul”), Radamel Falkao (Atletiko), Ari Haan (Ayaks, Anderlext), Lionel Messi (Barselona), Herd Müller (Bavariya), Rob Rensenbrink, Fransua van der Elst (hər ikisi “Anderlext”)
Məşqçilər üzrə
qələbə

5 - Karlo Ançelotti (Milan – 2003, 2007, Real – 2014, 2022, 2024)
4 - Xosep Qvardiola (Barselona – 2009, 2011, Bavariya - 2013, Mançester Siti - 2023)
Oyunçu və məşqçi kimi
qələbə

Karlo Ançelotti (1990; 2003, 2007, 2014, 2022, 2024), Xosep Qvardiola (1992; 2009, 2011, 2013, 2023), Dieqo Simeone (1999; 2012, 2018), Luis Enrike (1997; 2015), Zinəddin Zidan (1996, 2002; 2016, 2017)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see259

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see153

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see138

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see137

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri