Icma.az
close
up
RU
Supermarketdə ağıllı alıcı üçün 10 qayda

Supermarketdə ağıllı alıcı üçün 10 qayda

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Çox xərcləməmək, lazımsız şeylər almamaq və hiyləgər marketinqin qurbanı olmamaq üçün ərzaq alış-verişinə necə düzgün getmək olar?
Ərzaq almaq üçün supermarketə getmək hər kəsin zövqünə uyğun deyil, mürəkkəb bir işdir. Çünki bu zövq deyil, düşüncə məsələsidir. Hər kəs bizimlə razılaşmayacaq, amma əminəm ki, ərzaq mağazalarında nə qədər az vaxt, səy və pul sərf etsək, həyatımız bir o qədər rahat, yolumuz rəvan, problemlərimiz az olar. Cibinizdə bol pul olanda bir paket süd almaq üçün marketə girin. Görəcəksiniz ki, dolu torbalarla yola düşdüdünüz, torbaları evə güclə sürüyüb gətirəcəksiniz. Həmin ərzaqların yarıdan çoxu xarab olub tullantıya çevriləndə özünüzü acgözlükdə və israfçılıqda günahlandıracaqsınız. Sonuncu məsələ də hələ hamıya aid deyil. Çünki çoxları heç nə qədər israf etdiyinin belə fərqində olmur. Bu hamı üçün tanış mənzərədir, oxuduqca xatırlayıb dodaqaltı qımışırsınız, deyilmi? Belə vəziyyətləri rahat qəbul edənlər, xərcləməklə stres atmağa vərdiş edənlər məqaləni oxumağı burdaca dayandıra bilər. Çünki bu məsləhətlər onlar üçün deyil, nəsə öyrənsələr də vərdişlarinə davam edəcəklər. Lakin öyərnmək istəyənlər üçün burada alış-verişin 10 qızıl qaydası var.

1) Bazarlıq zamanı arabaya ehtiyac yoxdur

Təkərli araba bizi daha çox almağa məcbur edir. Onun dizayni, azyaşlı uşaqlar üçün yerin quraşdırılması, mozaykalı döşəmədə balıq kimi şütüməsi, bütün təkərlərin 360 dərəcə funksional işləməsi və s. bizi cəlb edir. Ona görə də biz bu araba ilə böyük əraziyə və geniş mal çəşidinə malik olan supermarketdə gəzməkdən zövq alırıq. Amma aldığımız yalnız zövqdürmü? Əlbəttə, xeyir, bu gəzinti həm də bizi çeşidli məhsullar almağa sövq edir.
Psixoloqlar deyirlər ki, insan psixikasının belə bir fenomeni var: biz arabanı tam olaraq alış-verişlə doldurmayana qədər sakitləşməyəcəyik. Əgər həqiqətən supermarketə qarşıdakı həftə üçün ehtiyat ərzaq və digər gündəlik tələbat malları almaq məqsədi ilə gəlmisinizsə, səbəti götürün. Əgər sizə bir paket süd və bir qreypfrut lazımdırsa, bunu bir sadə polietilen torbada da daşıya bilərsiniz. Eyni zamanda, güclü tərəflərinizi adekvat qiymətləndirə biləcəksiniz. Bir çox qadının problemi arabanı doldurmaq və pulunu ödəməkdur. Lakin əsas məsələ bütün bunların hər hansı bir şəkildə evə daşınmasının lazım olub-olmadığını başa düşməkdir. Bina evlərində yaşayan qonşular girişlərdə, liftin önündə tez-tez görüşürlər. Diqqət etmisinizsə bəzi qonşular sizə nisbətə daha çox məişət tullantısı atır. İmkan düşəndə həmin qonşunu supermarketdə də müşahidə edin. Məhz onlar supermarketin şöbələrində aşıb-daşan arabalarla gəzirlər. Eynən yuxarıda təsvir etdiyimiz mənzərəni görəcəksiniz. Yəni onun sizdən fərqi yalnız daha çox almaq və daha çox tullantı atmağıdır. Daha çox almaq üçün isə daha çox xərc çəkilir, sonda isə tullantıya atılır.

2) Bazarlığa yaxşı qidalanaraq gəlin

Aclığın da qorxu kimi “böyük gözləri” var. Lazımsız məhsullara pul xərcləmək istəmirsinizsə, ərazq məhsulları almaq üçün mağazaya getməzdən əvvəl doyunca yeyin. Bəli, yalnız yaxşı qidalandıqdan sonra mağazaya yollanın. Çünki ac olsanız kolbasa, sosiska, çörək və s. bunun kimi ərzaq məhsullarını lazım olunduğndan bir neçə dəfə çox alacaqsınız. Sonradan isə artıq aldığınız həmin ərzaq məhsulları uzun müddət soyuducuda qalıb tullantıya çevriləcək və həmin xərclər sizin pulunuzu havaya sovuracaq.
Sərxoş olanda mağazaya getməyin! Çünki sərxoş halda həm heç nəyə lazım olmayan fantastik bir şeylər ala bilərsiniz, həm də kassada aldadılmaq kimi problemlərlə üzləşə bilərsiniz.
Statistikaya görə, mağazalar da daxil olmaqla, uşaqlar, qocalar, xəstələr və sərxoşlar başqalarına nisbətən daha çox fırıldaqların qurbanı olurlar. Yaş və sağlamlıq bizdən asılı deyil, lakin “dəyişmiş şüur ​​vəziyyətində” alış-verişə getməmək bizim gücümüzdədir.

3) Bazarlığa siyahı ilə gedin və həmin siyahıya ciddi əməl edin

Supermarketlərdə kişilər qadınların əlindəki siyahılara qaşqabaqla baxırlar. Bu kişilərin yanlış düşuncəsi sayıla bilər, ağıllı alıcı məhz bu cür davranmalıdır - bazarlığa siyahı ilə getməlidir.
Alış-verişə getməzdən əvvəl, almaq üçün lazım olan hər şeyin ətraflı siyahısını hazırlayın və ona ciddi əməl edin. Yaxşı olar ki, bazarlıq siyahısını tərtib etməyə bir-iki gün əvvəl başlayın. Yəqin şahidi olmusunuz ki, aptekdə siz soruşduğunuz dərman olmayanda əczaçı qeydiyyat aparır və birdirir ki, istədiyiniz dərman sabah olaca. Əczaçı apardığı qeydiyyat sifariş siyahısını tərtib etmək üçün vacib lazımdır. Siz də evdə nə tükəndisə onu qeyd edin ki, bazarlıq siyahısı tutanda nə uzun-uzadı düşünməyə ehtiyac qalmasın, nə də heç nə unudulmasın. Marketdə siyahıdan kənar heç nə almayın. Siyahıdan kənar aldığınız hər bir məhsul sizin aldadılmağınızın göstəricisidir. Aldadıldığınız məbləğ isə siyahıdan kənar alınan məhsulların dəyərinə bərabərdir.

4) Pərakəndə satıcıların hiylələrinə qapılmayın

Pərakəndə satıcılar və ya marketiloqlar məhsulları ciddi cəhdlə nümayiş etdirirlər ki, onların satış dövriyyəsi daha çox olsun. Bu onlara daha çox gəlir gətirir. Mağazanın bizə daha çox satmaq həvəsində olduğu mal və məhsullar "qızıl zona" deyilən yerdə - adamın sinə səviyyəsində, təxminən 1,5 metr hündürlükdə yerləşdirilir. Həmin məhsul buradan aydın görünür, boylanmaq və ya əyilmək lazım deyil - sadəcə əlinizi uzadın, götürun və budur, xoşbəxtlik. Amma bu xoşbəxtlik sizin deyil, supermarket sahibinin xoşbəxtliyidir. Tənbəl olmayın, oturun və aşağı rəfə baxın, çox güman ki, orada daha ucuz qiymətə oxşar məhsul var.
Köhnə malların satışı üçün başqa bir uyğun yer, tam "təsadüfən keçənlər" üçün daha çox görünən rəflərdə nümayiş etdirilir.
Lavaş alanda diqqətli olun, dünənki və srağagünkü lavaşlar ən üstdə, bu günkü isə alta qoyulur. İstifadə vaxtına bir həftə və ya 10 gün qalmış maynez, tomat pastası və s. ön cərgədə düzülüb. Bunların analoqu olan yeni məhsullar isə rəflərin daha dərinliklərində gizlədilib.
Özünüzü soyuqqanlı aparın - həqiqətən də bu şübhəli şokolad plitkasına 10 manat ödəməyə ehtiyacınız varmı?
Nəzərə alın ki, məşhur və daha keyfiyyətli məhsullar girişdən daha uzaqda yerləşdirilib. Çox vaxt daha çox tələbat olan mallar - ərzaq, süd və çörək satış sahəsinin müxtəlif uclarında yerləşir. Çorək göyürüb, süd dalınca gedəndə yol boyu yüzlərlə cazibədar paketin yanından keçəcəksiniz. Yəqin ki, müqavimət göstərə bilməyəcəksiniz və bir şey alacaqsınız (statistikaya görə, bütün satınalmaların 60%-dən çoxu kortəbii olur). Pərakəndə satıcılarının bu "hücumuna" məğlub olmamaq üçün siz mütləq iradə nümayiş etdirməlisinız.
Qənaətçil adamlar bilir ki, ilk iş son istifadə müddəti yaxınlaşan məhsulları və meyvə-tərəvəz istifadə etməkdir. Eyni şəkildə, ərzaq məhsulları supermarketlərdə “qənaət olunur”. Məsələn, təzə süd alıcıdan daha çox uzaqlaşdırılır və ilk sıralarda dünənki süd və ya daha çox "köhnə" süd qoyulur. Soyuducunun və ya rəflərin dərinliyinə varmağa tənbəllik etməyin.

5) "Eşidilməmiş səxavət cazibələrindən" çəkinin

Müxtəlif güzəşt kampaniyalarında daha az iştirak etməyə çalışın. Əgər "birinin qiymətinə ikisi" təklifi görsəniz, həmin "iki" sövdələşmənin bitmə tarixini yoxlayın, ola bilsin ki, birinin, ya da hər ikisinin istifadə müddəti artıq bitib və ya bitmək üzrədir.
Supermarketlər müştərilərini özlərinə “bağlamağa” çalışaraq, kumulyativ (toplam) endirimlərə malik endirim kartları buraxırlar. Həmişə müqayisə edin: bəlkə də bu mağazada endirimlər olsa belə, ortalama qiymətlər elə yüksək qoyula bilər ki, endirim kartı sərfəli olmaz. Alıcılar üçün başqa bir əyləncəli alış-veriş bonusları toplamaqdır. Bunu etməyə başlamazdan əvvəl, "mükafat yastıqları"na və ya güzəştli mallara ehtiyacınız olub olmadığını düşünün? Sizə 250 qram maynez lazımdırsa, onun təzəsini almaq daha sərfəlidir, nəyinki istifadə müddətinin bitməzinə az qalmış iki paket alasınız.

6) Nağd şəkildə ödəyin

Pulu görməyəndə və ya əlinizdə tutmayında, xırıltısını eşitməyəndə, ondan ayrılmaq daha asan olur. Kartdan vəsait silinəndə isə onun məbləğının 1000 və ya 2000 olmasının elə də böyük fərqi hiss edilmir. Lakin siz pulu sayıb verəndə cibinizdən pul çıxdığını psixaloji olaraq duyursunuz.
Nağd pul xərcləmək təəssüf doğurur - əskinasların xışıltısı və pulun cingiltisi daxili hisslərinizi oyadır, o, dərhal sahibini boğmağa başlayır və onu qənaət etməyə məcbur edir.
Daha təkmil bir yol var - alış-veriş üçün özünüzlə məhdud miqdarda - siyahıdakı məhsulların təxmini dəyəri qədər nəğd pul götürün.

7) Bazarlığa uşaqsız gedin

Mümkünsə, kiçik uşaqları mağazaya aparmayın. Onlar məhsul seçərkən və kassada dayanarkən tez yorulacaqlar, diqqətinizi yayındıracaqlar və sizdən daha çox şeylər almağınızı istəyəcəklər (ağlayır, qaçır, Kinder sürprizi üçün yalvarır, şirə bankalarını sındırı və s.). Əgər "kiçik köməkçilərdən" - uşaqlardan xilas ola bilmirsinizsə, onların da ehtiyaclarını evdə siyahıya salın və ya onların hərəsinə xərc limiti ayırın.

8) Ərzaq alış-verişinə getmək üçün vaxt seçin

Həftə ortasında, pik saatlardan sonra ərzaq məhsulları almağa gedin. Axşam saat 20.00-da sərfəli qiymətlərlə Snickers və sair saqqızlarla dolu rəflərin yanında uzun zaman dayanmadan ehtiyacınız olan malları heç bir müdaxilə olmadan seçə və tez ödəyə biləcəksiniz. Şənbə və bazar səhərinizi və ya günortanızı daha xoş bir işlə keçirin, bu vaxtı izdihamlı mağazada deyil, ailənizlə keçirin.

9) Qiymət yarlıqlarını öyrənin

Qiymət yarlıqlarına diqqətlə baxın: bəzən topdansatış endirimi ilə ƏDV daxil olmayan qiyməti çox böyuk şirifkərlə, faktiki pərakəndə satış qiymətini isə kiçik rəqəmlərlə yazılır. Görünür, onlar diqqətsiz və ya yaxını görməyən alıcılara ümid bəsləyirlər. Belə olan halda kassada qiymət gözlənildiyindən daha çox çıxır və siz xoşagəlməz sürprizlə qarşılasırsınız. Bəzi hallarda isə vitrində asılan qiymətlə xəzinə qəbzindəki qiymətlər fərqli olur. Üstü açılanda isə deyirlər ki, vaxt tapıb qiyməti dəyişə bilməmişik. Bu məqama da diqqət yetirin.

10) Marketdən çıxarkən qəbzi yoxlayın

Ərzaq bazarlığını sonunda kassadan çıxmazdan əvvəl, necə deyərlər, kassirla "tet-a-tet" mütləq qəbzi götürüb gözdən keçirin. Elə olur ki, kassir səhv edir, sizin üçün yanlış əşyanı skan edir və ya eyni əşyanı iki dəfə skan edir. Bunun təsadüfən və ya qəsdən baş verməsi vacib deyil, bunu kassirin vicdanına buraxaq. Amma qəbzi yoxlayıb belə hallar varsa üzə çıxarın ki, artıq ödənəyəsiniz.

Yazı "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq" layihəsi çərçivəsində dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see335

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see247

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see228

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see224

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see207

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see204

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see193

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see174

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see174

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see174

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see171

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see169

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see169

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see167

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see165

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri