“Supermen ədalət uğrundamı, yoxsa deportasiya uğrundamı mübarizə aparır?”
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
1990-cı illərin məşhur serialı "Lois & Clark: The New Adventures of Superman"də Supermen obrazını canlandırmış aktyor Dean Cain ABŞ Göç İdarəsi və Gömrük Mühafizə Xidmətinə (ICE) qoşulacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Çox tezliklə ICE agenti kimi and içəcəyəm", - o bildirib.
Onun bu açıqlaması, ICE-in genişmiqyaslı işə qəbul kampaniyasına başladığı bir vaxtda gəlib. Bu qurum, Tramp administrasiyasının sərt miqrasiya və deportasiya siyasətində əsas rol oynayan orqandır.
Dean Cainin bu rolu üzərinə götürməsi ictimaiyyətdə mübahisələr doğurub və sosial mediada belə bir sual gündəmə gəlib: “Supermen ədalət uğrunda mı, yoxsa deportasiya uğrunda mı mübarizə aparır?”
Baxış sayı:104
Bu xəbər 08 Avqust 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















