Suqovuşanda Prezident Kuboku 2025 beynəlxalq turnirinə start verilir
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, reqatada 20 ölkədən 200-dən çox idmançı mübarizə aparacaq.
Turnir Qarabağın dilbər guşəsi olan Suqovuşanda başlayacaq. Burada ilk olaraq beynəlxalq reqatanın açılış mərasimi, ardınca 200 metr məsafəyə yarışlar baş tutacaq.
"Prezident Kuboku-2025" turnirinə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.
Qeyd edək ki, reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 30 Aprel 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















