Icma.az
close
up
RU
Suqovuşanı Kəlbəcərlə birləşdirəcək yolda son vəziyyət

Suqovuşanı Kəlbəcərlə birləşdirəcək yolda son vəziyyət

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Suqovuşan - Sərsəng su anbarı - Qozlukörpü - Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir.

Oxu.Az AAYDA-ya istinadən xəbər verir ki, layihənin başlanğıc nöqtəsi Ağdərə rayonu ərazisində yerləşən Suqovuşan qəsəbəsi, son nöqtəsi isə Kəlbəcər rayonu ərazisində yerləşən və Kəlbəcər-Laçın avtomobil yolu ilə kəsişən "Vəng dairəsi"dir. Ümumi uzunluğu 77.6 km olan avtomobil yolu II texniki dərəcəyə uyğun olaraq, iki hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 15 metr təşkil edir.

Layihə üzrə torpaq işləri çərçivəsində yolun ilk 24 km-lik hissəsində yararsız qrunt qazılaraq çıxarılıb, torpaq yatağı isə yolun alt və üst yamacları hesabına genişləndirilib. Eyni zamanda, bu hissədə yol əsasının və ilk 20 km-lik sahədə asfalt-beton örtüyün alt laylarının tikintisi başa çatdırılıb. Yolun 21-25 km hissəsində isə mövcud qaya süxurları mexanizmlərlə parçalanaraq ərazidən kənarlaşdırılıb.

Bundan əlavə, 63-78 km-lik hissədə, xüsusilə sərt relyefə malik qayalıq ərazilərdə torpaq yatağının genişləndirilməsi və təhlükəsizlik üçün lazım olan görünmə məsafələrinin təmin olunması məqsədilə mexaniki qazma və partlayış işləri aparılır. Xüsusilə 68-78 km-lik sahələrdə bu işlər intensiv şəkildə həyata keçirilir.

Paralel olaraq, yolun təhlükəli yamac hissələrində sürüşmə və uçqunların qarşısının alınması üçün daş istinad divarlarının tikintisi aparılır. Layihə çərçivəsində müxtəlif ölçüdə suötürücü boruların, su keçidlərinin və körpülərin tikintisi və əsaslı təmiri işləri də icra olunur.

Suqovuşan - Sərsəng su anbarı - Qozlukörpü - Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq əsas infrastruktur layihələrindən biridir.

Suqovuşanı Kəlbəcərlə birləşdirəcək yolda son vəziyyət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri