Icma.az
close
up
RU
Suraxanı məhkəməsindən saxtakarlıq hakimdən Mehriban Əliyevaya şikayət edildi

Suraxanı məhkəməsindən saxtakarlıq hakimdən Mehriban Əliyevaya şikayət edildi

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bakı sakini Nəzərova Aynur Nəcmi qızı Azərbaycanın I Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət edib. Anxeber.az-ın məlumatına görə, Aynur Nəzərova Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın çıxardığı qərardan şikayət edib və Mehriban Əliyevadan köməklik göstərilməsini istəyib.

Onun sözlərinə görə, 2020-ci ildə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli massivində tikilmiş "Sahil-S İnşaat" MTK-ya məxsus binadan mənzil alıb. Bunun müqabilində 50 800 manat şirkətə ödəniş edib. Mənzil sahibi əlində original maliyyə arayış olduğunu qeyd edib. Lakin bir müddət sonra məlum olub ki, həmin mənzilə iddia edən tərəf ortaya çıxıb. Həmin şəxs Xudiyeva Nigar Akif qızıdır.

Şikayətçi Mehriban Əliyevaya müraciətində qeyd edib ki, Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbova heç bir əsas olmadan sözügedən şəxsin - Nigar Xudiyevanın xeyrinə qərar çıxarıb, mənzilin ona aid olmasını müəyyən edib. Mənzilin əsl sahibi, əlində original maliyyə arayışı olan Aynur Nəzərova bildirib ki, qarşı tərəfin - yəni Nigar Xudiyevanın əlində heç bir maliyyə sənədi, arayışı yoxdur. Bununla belə Xudiyeva maliyyə arayışının surətini çıxararaq, faktiki saxtakarlığa yol verərək məhkəmənin onun xeyrinə qərar çıxarmasına nail olub. Şikayətçi bu qanunsuzluq və haqsızlıqda birbaşa hakim Leyla Talıbovanın rolu oynadığını söyləyib. Onun sözlərinə görə, hakim Talıbova əsassız, ədalətsiz qərar çıxarıb, bu da qanunsuzluğa yol verməkdir. Aynur Nəzərovanın sözlərinə görə, Mehriban Əliyevadan hakim Leyla Talıbovanın verdiyi haqsız qərar barədə araşdırma aparılmasına tapşırıq verməsini xahiş edib. Ümumiyyətlə, Suraxanı rayon Məhkəməsinin hakimi Leyla Talıbovanın belə bir yalanda iştirak etməsi qanunun aliliyinə tüpürmək, femidanı ayaqlar altına atmaq, saxtakarlığa şərik olmaqdır. Çünki Nigar Xudiyeva hakimə və bütövlükdə məhkəməyə mənzilin ona aid olduğuna dair heç bir sübut təqdim etməyib, yaxud edə bilməyib. Sadəcə, maliyyə arayışının surətini çıxararaq hakimə təqdim edib ki, bu da belə bir qərar çıxarılması üçün əsas və dəlil ola bilməz. Aynur Nəzərova - mənzilin gerçək sahibi isə maliyyə arayışının əslinə, realına sahibdir. Buna baxmayaraq, hakim Leyla Talıbova hansısa maraqdan irəli gələrək Nigar Xudiyevanın tərəfini saxlayıb. Ona görə də şikayətçinin yeganə ümid yeri Mehriban Əliyevadır və ondan dəstək, səsinə səs verməsini gözləyir. Eyni zamanda, hakimin bu məsələdə tutduğu mövqe ilə bağlı Ali Məhkəmə sədri İnam Kərimovun da təftiş edəcəyinə inanır. 

Yeri gəlmişkən, mediada hakim barəsində maraqlı məlumatlar da var. Belə ki, Leyla Talıbova bir gün belə hüquq sahəsində işləmədiyi halda, universitet diplomunu aldıqdan 14 il sonra, 2008-ci ildə birdən-birə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hakimi təyin edilib. Daha sonra Suraxanı rayon Məhkəməsinə təyinat alıb. Hakimlik dərəcəsinə, məhkəmə sisteminə qədər isə  

2004-2008-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsində qeyri-ixtisas üzrə məsləhətçi işləyib. Onun tamamilə başqa sahədən məhkəməyə gəlməsi suallar doğurur və karyera yüksəlişində siyasi dəstəyin olması ehtimalı ağıla gəlir. 

Anxeber.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri