Icma.az
close
up
RU
Suraxanıda festival keçirildi Fotolar

Suraxanıda festival keçirildi Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suraxanıda “Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, festival Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin təbliği, mədəniyyət sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinə ictimai dəstəyin artırılması, həmçinin uşaqların və gənclərin mədəniyyətə və milli irsə marağının təşviq edilməsindən ibarət olub.

Festivalın əvvəlində Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin Baş katibi Aysel Tahirova, Milli Məclisin deputatları Ülviyyə Həmzəyeva, Rizvan Nəbiyev, Rövşən Muradov, Arzuxan Əlizadə və Vüqar İskəndərov çıxış ediblər.

Çıxışlarda Azərbaycan mədəniyyətinin və mədəni irs nümunələrinin qorunması, təbliği və tanıdılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması, mədəniyyət sahəsində maarifləndirici tədbirlərin həyata keçirilməsi və bu istiqamətdə ictimai təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Festival çərçivəsində mədəniyyət və mədəni irs mövzusunda panel müzakirəsi təşkil olunub. Müzakirə zamanı mədəni irsin qorunması və təbliği, mədəniyyət sahəsində maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də mədəni dəyərlərin cəmiyyətə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tədbirin proqramına konsert proqramı, mədəni təqdimatlar, uşaqlar üçün teatr tamaşası və film nümayişi daxil olub.

Festival çərçivəsində Bakı Uşaq və Gənclər Teatrının təqdimatında “Sehrli güzgü” tamaşası nümayiş etdirilib. Tamaşa uşaqların mədəni və estetik dünyagörüşünün inkişafına, onların teatr sənətinə marağının artırılmasına xidmət edib.

Günün sonunda festival iştirakçıları üçün açıq səma altında Azərbaycan kinosunun klassik nümunələrindən olan “Əhməd haradadır?” filminin nümayişi təşkil olunub.

“Yaşayan Mədəniyyət - Bakı Mədəni Maarifləndirmə Festivalı” çərçivəsində keçirilən tədbirlər Azərbaycan mədəniyyətinin və mədəni irsin müxtəlif istiqamətlərinin ictimaiyyətə təqdim olunmasına, mədəni maarifləndirmənin genişləndirilməsinə və milli-mədəni dəyərlərin təbliğinə yönəlib.

Festivalın keçirilməsi mədəni irsin qorunması və təbliği sahəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına, həmçinin mədəniyyətə dair maarifləndirici təşəbbüslərin dəstəklənməsinə töhfə verib.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri