Icma.az
close
up
RU
Suraxanıda Səttar Bəhlulzadənin 115 illiyi qeyd olundu Fotolar

Suraxanıda Səttar Bəhlulzadənin 115 illiyi qeyd olundu Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin 115 və dahi Azərbaycan şairi, mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Səttarın Füzulisi” adlı tədbirdə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Səttar Bəhlulzadənin ev muzeyində təşkil olunmuş tədbirdə muzeyin direktoru Pərzad Abdinova qonaqları salamlayaraq Səttar Bəhlulzadənin yaradıcılığında XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə və onun “Leyli və Məcnun” poemasının baş qəhrəmanlarına həsr edilmiş əsərlərindən söhbət açıb, sərginin yaranma ideyası barədə məlumat verib, “Səttarın Füzulisi” adlı kataloqun ilk nüsxəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu qeyd edib. O, bildirib ki, xalq tərəfindən hər zaman xatırlanan dahi rəssamın fırçasının məhsulu olan əsərlərinin bu gün də ölkə xaricində sərgilənməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. RİH başçısı Səttar Bəhlulzadəyə məxsus diplomu ev muzeyinə hədiyyə edib.

Tədbirdə digər çıxışçılar da S.Bəhlulzadə sənətindən söhbət açaraq Füzuliyə həsr olunmuş portretlərindən bəhs ediblər.

Daha sonra Füzuli, Məcnun və Leylinin rəssam tərəfindən yaradılmış obrazlarının əks olunduğu videoçarx nümayiş olunub. Tədbir muğam üçlüyünün çıxışı ilə davam edib, xanəndə Məmməd Nəcəfov Füzulinin qəzəlləri əsasında yazılmış musiqi əsərlərini ifa edib.

Sonda rəssamın şəxsi kolleksiyalarda qorunan və böyük əksəriyyəti ilk dəfə nümayiş olunan Füzuli mövzusuna həsr edilmiş boyakarlıq və qrafika işlərinə baxış keçirilib. Sərgidə “Şəbi Hicran”, “Füzuli", “Məcnun”, “Leyli” və b. rəsmlər sərgilənib.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri