Suraxanıda səyyar görüşlər davam edir Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Əmircan qəsəbəsində 97 saylı, Hövsan qəsəbəsində isə 172 saylı tam orta ümumtəhsil məktəblərində keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar görüşlərdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon sakinləri onları narahat edən müxtəlif məsələlərə toxunublar. Müraciətlər əsasən asfalt örtüyünün vurulması, bankomat quraşdırılması, sahibsiz heyvanların artması, işlə təmin olunma və s. bir sıra digər məsələlərlə bağlı olub. Qeyd edilən müraciətlər nəzarətə götürülməklə İcra Hakimiyyətinin başçısı tərəfindən həlli ilə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Həmçinin, səyyar görüşlərdə RİH başçısı Adil Əliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa quruculuq işləri haqqında ətraflı məlumat verərək, dağıdılmış şəhər və kəndlərimizdə müasir standartlara uyğun “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O, bildirib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də məhz vətəndaş məmnunluğunun və dayanıqlı inkişafın təmin olunmasıdır.









Baxış sayı:120
Bu xəbər 24 Fevral 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















