Sürət həvəskarı yapon polisinə yarış avtomobili hədiyyə etdi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın Mie prefekturasının polisi "Acura NSX" yarış avtomobilinə sahib olub. Bu hədiyyəni hüquq-mühafizə orqanlarına daşınmaz əmlak şirkətinin rəhbəri və avtoidman həvəskarı 43 yaşlı Toşiya Kobayaşi təqdim edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Drive" portalı yazıb.
"Acura NSX" "Honda" tərəfindən istehsal olunan ikioturacaqlı, arxa mühərrikli, arxa ötürücülü superkardır. V6 3.5 mühərrik bloku 581 at gücü istehsal edir. Maksimal sürəti 306 km/saatdır. Modifikasiyalı belə avtomobilin qiyməti təxminən 180 min dollardır.
Qeyd edək ki, Mie prefekturasında dünyaca məşhur "Suzuka Circuit" avtodromu yerləşir.
Bu mövzuda digər xəbərlər:ABŞ yarış avtomobili sürücüsü dünya sürət rekordunu vurmağa cəhd edərkən ölüb
05 Avqust 2025 22:07
Dəhşətli qəzada ölən sürücü yüksək sürət həvəskarı imiş VİDEO
17 Fevral 2025 13:59
BYD avtomobili yeni sürət rekordu müəyyənləşdirdi
21 Sentyabr 2025 13:01
Sürət qatarında “sürət çatışmazlığı” sindromu
07 Mart 2025 10:43
55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında VİDEO
10 Aprel 2025 12:14
Baxış sayı:122
Bu xəbər 25 Aprel 2025 06:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















