Sürətə nəzarət daha effektiv mexanizmlərlə həyata keçirilməlidir Nəqliyyat eksperti
Icma.az, 525.az saytına istinadən bildirir.
“Sürət nə qədər yüksək olarsa, qəzanın nəticələri də bir o qədər ağır olur. Dünyanın istənilən yerində qəza baş verə bilər. Lakin aşağı sürət zamanı bu qəzalar adətən yüngül xəsarətlərlə və ya maddi zərərlə nəticələnir. Təəssüf ki, ölkəmizdə sürücülər arasında sürətə maraq həddindən artıq yüksəkdir. Ona görə hətta kiçik qəzalar belə ölüm və ya ağır xəsarətlərə yol açır”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu 525.az-a söyləyib.
Onun fikrincə, sürətə nəzarət daha effektiv mexanizmlərlə həyata keçirilməlidir:
“Fikrimcə, mobil radar və kameraların tətbiqi genişləndirilməlidir. Çünki sürücülər eyni yoldan bir neçə dəfə istifadə etdikdə stasionar radarların yerini əzbərləyir, ora yaxınlaşanda sürəti azaldır, keçdikdən sonra isə yenidən sürət həddini aşırlar. Bu isə real təhlükəsizliyi təmin etmir. Radarlar mobil olmalı və tez-tez yerləri dəyişdirilməlidir. Eyni zamanda, dronlar vasitəsilə ötmə və manevr qaydalarını pozan, eləcə də sürət həddini aşan sürücülərə nəzarət mümkündür. Bir çox ölkələrdə bu təcrübə artıq uğurla tətbiq olunur”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 Yanvar 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















