Sürəti bir qədər də artırmağa çalışmalıyıq Maks Ferstappen
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gün Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə “Red Bull” komandasının pilotu Maks Ferstappen üçüncü nəticəni göstərib.
Adalet.az xəbər verir ki, Bakıdakı ilk sərbəst yürüşdə ikinci olan niderlandlı pilot növbəti məşq sessiyasını da yüksək nəticə ilə başa vurub.
Maks Ferstappen günün yekunlarını belə dəyərləndirib: “Əslində, mənim üçün yaxşı gün oldu. Avtomobildən olduqca razıyam. Bir neçə məqamı dəqiqləşdirməli və sürəti bir qədər də artırmağa çalışmalıyıq. Amma ümumilikdə, yenilənmələrin gözlədiyimiz kimi işləməsi bizim üçün yaxşı başlanğıcdır”.
Sessiyanın sonlarında Verstappen şənbə günü keçiriləcək Qran-Pridə yarış məsafəsinə hazırlıq məqsədilə istifadə olunmuş yumşaq şinlərlə trasa qayıdıb. Digər pilotların da əsas diqqəti yarış tempinin yoxlanılmasına yönəldiyi üçün dövrə vaxtlarında yaxşılaşma qeydə alınmayıb.
Qeyd edək ki, Formula 1-də ilk iki sərbəst yürüşü “Mercedes” pilotları ilk 2 pillədə başa vurublar.
Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















