Icma.az
close
up
RU
Sürətli bərpa quruculuq işləri

Sürətli bərpa quruculuq işləri

525.az saytına istinadən Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

2025-ci il Azərbaycan üçün bütün sahələrdə uğurlu bir il olaraq yadda qalacaq. Bu ilin əsas hadisəsi təbii ki, 8 avqust Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülh razılaşması, sülh sazişi layihəsinin paraflanması oldu. Həmin sammitdən sonra sülh istiqamətində praktik addımlar atılmağa başladı.

Bu il həm də azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri daha sürətli xarakter aldı, uzun illər öz yurd-yuvasından didərgin düşən insanlarımız Böyük Qayıdış proqramı çərçivəsində yenidən doğma el-obalarına qovuşdular. Azərbaycan dövləti azad olunmuş ərazilərimizi ən yüksək səviyyədə, müasir texnologiyaların, “ağıllı kənd” və “ağıllı şəhər” metodları tətbiq edilməklə bərpa edir. Prezidentin dediyi kimi, Böyük Qayıdış proqramı bu gün dünya miqyasında ən uğurla icra edilən qayıdış proqramıdır. Bu proqramın I mərhələsi 2026-cı ilə qədər başa çatacaq və qeyd edilən mərhələdə 140 min məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura geri dönəcək.

Prezident İlham Əliyev mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edir, görülmüş işlərlə yerindəcə tanış olur, təməlqoyma mərasimlərində iştirak edir, yeni tikililərin açılışlarını edir, sakinlərlə görüşüb, onlara mənzillərinin açarlarını şəxsən təqdim edir. Dövlət başçısı dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində iştirak edib, sakinlərlə görüşüb. Məlumdur ki, işğal dövründə ən çox dağıntılara məruz qalan, talan edilən ərazilərimizdən biri məhz Ağdam olub. Bir vaxtlar “Qafqazın Xirosiması” adlandırılan Ağdam artıq yeni dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyev sakinlərlə görüşündə bu məqama diqqət çəkərək bildirib ki, işğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalıb. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılıb: “Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır”.

Prezident İlham Əliyevin bu fikirləri Ermənistanın Azərbaycana qarşı apardığı işğal, talançılıq siyasətinin mahiyyətini bir daha ortaya qoyur.

Qeyd edək ki, dövlət başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar. Ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.

Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb.

Ümumiyyətlə, Böyük Qayıdış proqramı çərçivəsində birinci mərhələdə 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi qarşıya qoyulub. Artıq bu məqsədin reallığa çevrildiyi göz qabağındadır. Belə ki, sakinlərinə qovuşan Laçın, Füzuli, Xocalı, Şuşa, Cəbrayıl, Kəlbəcər şəhərləri ilə yanaşı, xeyli sayda kəndlərimiz və qəsəbələrimiz də bərpa edilib. Dövlət başçısı il ərzində dəfələrlə azad olunmuş ərazilərdə olub. Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip yuxarıda vurğuladığımız kimi, müasir standartlara uyğun yaşayış məntəqələrinin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.

Milli Məclisin deputatı Fatma Yıldırım “525”ə deyib ki, dekabrın 24-də Prezident İlham Əliyevin Ağdam şəhərinə səfəri ölkəmizin bərpa və quruculuq salnaməsində növbəti əlamətdar hadisə kimi yadda qaldı. Onun sözlərinə görə, dövlət başçısının Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak etməsi, burada məskunlaşan sakinlərlə görüşərək onların qayğı və sevinclərini bölüşməsi dövlətimizin insan amilinə verdiyi ali dəyərin parlaq ifadəsidir:

“Ağdamda yeni yaşayış kompleksinin istifadəyə verilməsi Böyük Qayıdış prosesinin növbəti mühüm mərhələsini təsdiqləyən əlamətdar hadisədir. Müasir memarlıq tələblərinə cavab verən, bütün sosial infrastrukturu ilə təmin olunmuş bu kompleks sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün geniş imkanlar yaradır. Bu mənzərə işğaldan azad edilmiş torpaqlarımızda həyatın sürətlə dirçəldiyini, Ağdamın yenidən bölgənin inkişaf mərkəzlərindən birinə çevrildiyini aydın şəkildə göstərir.

Bu mühüm prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Onun işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sosial-humanitar layihələrə, xüsusilə də əhalinin rifahına, yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərə daim diqqət göstərməsi Böyük Qayıdış strategiyasının insan mərkəzli xarakter daşıdığını bir daha təsdiqləyir.

Cənab Prezidentin yeni köçmüş ailələrlə səmimi söhbəti, onların problemləri və arzuları ilə yaxından maraqlanması dövlət-vətəndaş birliyinin, sosial ədalət və humanizm prinsiplərinin real təzahürüdür. Sakinlərin doğma yurdlarına qayıdışdan doğan qürur hissi bu siyasətin nə qədər doğru və məqsədyönlü olduğunu bir daha sübut edir”.

Deputat əlavə edib ki, bu gün Ağdamda atılan hər bir addım Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, güclü iqtisadi potensiala və möhkəm siyasi iradəyə söykənən inkişaf strategiyasının nəticəsidir: “Görülən işlər davamlı xarakter daşıyır və əminliklə demək olar ki, Ağdamla yanaşı, digər azad edilmiş şəhər və kəndlərimiz də qısa müddətdə tam bərpa olunaraq regionun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq. Ağdamın bugünkü dirçəlişi Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın gücünün və xalqımızın sarsılmaz əzminin təntənəsidir”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, Prezident İlham Əliyevin öz doğum günlərini keçmiş məcburi köçkünlərlə birgə keçirməsi artıq formalaşmış ənənəyə çevrilib. Deputat qeyd edib ki, dövlət başçısı hələ torpaqlarımız işğaldan azad olunmamış dövrdə belə ad günlərini məcburi köçkünlərlə birgə keçirib, onlara daim xüsusi diqqət və qayğı göstərib: “Bu gün də Prezident İlham Əliyev həmin siyasəti ardıcıl şəkildə davam etdirir. Öz doğum günündə Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Xankəndi və Ağdama səfər edərək yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi bunun bariz nümunəsidir”.

Onun sözlərinə görə, bu addımlar dövlətin keçmiş məcburi köçkünlərlə, şəhid ailələrinə olan yüksək ehtiramının, diqqət və qayğısının açıq göstəricisidir: “Bu gün dövlətimiz bu qayğını nümayiş etdirir və gələcəkdə də bu siyasət ardıcıl şəkildə davam etdiriləcək. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, görülən işlərlə şəxsən tanış olur, proseslərə birbaşa nəzarət edir. Bu da xalq tərəfindən yüksək qiymətləndirilir”.

Deputat əlavə edib ki, Prezidentin bu addımları milli-mənəvi dəyərlərə, tarixi ənənələrə, dini-mənəvi irsə və xalqına sədaqətin bariz nümunəsidir: “Məhz bu siyasət nəticəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat yenidən canlanır. Bu, dövlət başçısının Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə verdiyi xüsusi önəmin açıq göstəricisidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see234

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see232

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see231

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see231

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see228

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see225

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see220

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see206

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see205

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see204

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see198

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see191

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see190

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see190

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see188

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see186

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see185

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see183

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see182

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri