Icma.az
close
up
RU
Sürətli dəyişikliklər dövründə uğur üçün tələb olunan bacarıqlar da dəyişir UNEC rektoru

Sürətli dəyişikliklər dövründə uğur üçün tələb olunan bacarıqlar da dəyişir UNEC rektoru

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Süni İntellektin (Aİ) təhsilə inteqrasiyası böyük potensiala malikdir və tələbələrin öyrənmə nəticələrini optimallaşdıra bilir. Bu, “hamıya eyni yanaşma” prinsipindən fərdi öyrənməyə keçid zamanı mümkün ola bilir. Aİ müəllimlər üçün də yeniliklər mənbəyi ola bilir və Aİ öz üzərinə götürdükcə müəllimlər  vaxt aparan administrativ işlərdən azad olunurlar və əsas işlərinə fokuslanırlar. Bundan əlavə, Ai məlumatları təqdim etməyin innovativ yollarını təklif edir. İstər interaktiv simulyasiyalar, istər fərdi öyrənmə yolları olsun, Aİ texnologiyaları mürəkkəb mövzuları daha əlçatan və əyləncəli edir. Aİ müəllimlərin tədris üsullarını inkişaf etdirməsinə və tələbələrlə yeni yollarla ünsiyyət qurmasına imkan yaradır”.

Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, sürətli dəyişikliklər dövründə uğur üçün tələb olunan bacarıqlar da dəyişir. Aİ  tələbələrin avtomatlaşdırılmış iş dünyasında uğurlu iştirakı üçün vacibdir. Aİ texnologiyaları ilə tələbələrin erkən tanışlığı onların marağını və yaradıcılığını oyadır, onları gələcək iş bazarında fəal və məsuliyyətli iştirakçılar kimi formalaşdırır:

«Aİ-nin təhsildəki potensialı ilə yanaşı, yaratdığı çağırışları da qiymətləndirmək çox vacibdir. Aİ sistemləri effektiv işləmək üçün böyük həcmdə tələbə məlumatına ehtiyac duyur. Bu, məlumatların necə toplandığı, istifadə edildiyi və qorunduğu barədə vacib suallar doğurur və tələbə məlumatlarının qorunması məsələsini aktuallaşdırır. Başqa bir mühüm çağırış isə "qərəz"dir. Əgər Aİ sistemlərini öyrətmək üçün istifadə olunan məlumatlar cəmiyyətdə mövcud bərabərsizlikləri əks etdirirsə, Aİ bu "qərəz"ləri qiymətləndirmələrdə və resurs paylanmasında təkrar edə bilər. Rəqəmsal fərq problemi də mövcuddur. Hər bir tələbənin texnologiya və etibarlı internet bağlantısına bərabər çıxışı, Aİ  vasitələrinin hər bir tələbə üçün əlçatan olması vacibdir. Aİ-yə həddindən artıq etibar etmək bir sıra vacib bacarıqların (məsələn, tənqidi düşüncənin) inkişafına mane ola bilər.  Aİ  tələbələrə kömək üçün yalnız bir vasitədir, onların bacarıqlarını əvəz etmir. Aİ-nin təhsildə uğurlu inteqrasiyasının ən vacib aspektlərindən biri müəllimlərin bu texnologiyalardan səmərəli istifadə edə bilmələrini təmin etməkdir. Təhlillər göstərir ki, bir çox məktəblər Aİ tətbiq etməyə başlasalar da, müəllimlər bu vasitələrdən tam şəkildə yararlanmaq üçün lazımi bacarıqlara malik olmurlar. Ona görə də, müəllimlər üçün peşəkar inkişaf proqramları  vacibdir. Onlar yalnız Aİ-ni necə istifadə edəcəyini deyil, eyni zamanda bunu etik və səmərəli şəkildə necə həyata keçirəcəyini öyrənməlidirlər. Bu, davamlı dəstək və təhsil müəssisələrində öyrənmə mədəniyyətinin gücləndirməsini tələb edir”.
Ədalət Muradovun dediyinə görə, Süni İntellektin təhsildə bütün potensialını ortaya çıxarmaq üçün hökumət, univetsitetlər, texnologiya şirkətləri və müəllimlər arasında əməkdaşlıq önə çıxır:

“Etika, məxfilik və əlçatanlıqla bağlı şəffaf idarəetmə və standartların yaradılması Aİ-nin hər bir tələbəyə bərabər xidmət etməsi üçün zəruridir. Bundan əlavə, təhsil sahəsində  ən yaxşı Aİ təcrübələrinin tədqiqi ədalətli,  səmərəli alətlər yaratmağa kömək edər. Tələbələrin  Aİ savadlılığın artırılması da önə çəkilməlidir. Beləliklə, Aİ təhsildə transformativ gücə malikdir, öyrənməni daha fərdi, səmərəli və müasir bacarıqlara uyğun edə bilər. Lakin bu potensialın reallaşması etik, praktik və pedaqoji çağırışları  nəzərə almaq bacarığından asılıdır. Aİ hər kəs üçün öyrənməni gücləndirdiyi bir təhsil mühiti yarada bilər və hər kəs üçün daha yaxşı təhsil yolunda güclü bir tərəfdaş ola bilər. Bununla yanaşı, Aİ-nin təqdim etdiyi imkanları qəbul etməklə yanaşı onun çağırışlarına da hazır olmaq vacib şərtdir”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Yanvar 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri