Icma.az
close
up
RU
Sürətli yola qəfil çıxan piyadanın VİDEOSU YAYILDI

Sürətli yola qəfil çıxan piyadanın VİDEOSU YAYILDI

Icma.az, Lent az portalına istinadən məlumat verir.

BDYPİ bir daha xatırladır: "Qaydanı pozan piyada təkcə özünü deyil, başqasını da təhlükəyə atır"

Lent.az xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq, hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar.

Yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur.

Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün əlavə təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see163

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see159

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see149

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see129

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri