Sürətli yolda uşağın həyatını təhlükəyə atdı Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda azyaşlının motosikletlə hərəkət etməsi müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, Suraxanı rayonu ərazisində - Aeroport yolunda motosikletdə sərnişin qismində əyləşən azyaşlı qızın heç bir təhlükəsizlik vasitəsindən istifadə etməməsi narahatlığa səbəb olub.
Saatda 80 kilometr sürətlə hərəkət edən motosikletdə uşağın bu formada daşınması ciddi qayda pozuntusu olmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.
Qeyd edək ki, son vaxtlar ölkədə motosikletlərin iştirakı ilə qəzaların sayı xeyli artıb. Bu nəqliyyat vasitəsindən istifadə edən sürücü və sərnişinlərin təhlükəsizlik tələblərinə əməl etməməsi bəzi hallarda ağır nəticələrə gətirib çıxarır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 İyun 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















